“Türk Hava Yolları”ndan rekord göstərici
Cari ilin ötən ayında “Türk Hava Yolları” aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. “OLAYLAR” xəbər verir ki, şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37faiz artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında “Türk Hava Yolları”nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.
13 Fevral 2018 13:18 SosialCari ilin ötən ayında "Türk Hava Yolları" aviaşirkəti bütün yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub. "OLAYLAR" xəbər verir ki, şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37faiz artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında "Türk Hava Yolları"nın tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.
Yanvar ayında aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3 faiz bəndi artaraq 79,8 faizə çatıb, kreslo-kilometrlərin sayı 17 faiz artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə 7,5 faiz bəndi artaraq 78,6 faiz təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi "Türk Hava Yolları"nın tarixində rekorda çatıb.
Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29 faizlik artım ilə davam edib. Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma isə tranzit sərnişinlər istisna olmaqla 45 faiz artlb.
Yanvar ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 34faiz artıb. Artım əsasən Yaxın Şərq (45%), daxili reyslər (44%) və Avropanın (39%) hesabına baş verib. Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13 faiz bəndi, 1 faiz bəndi, 9 faiz bəndi və 8 faiz bəndi artıb.