ABŞ səfiri: Britaniyanın İsrail yaşayış məntəqələrinə sanksiyaları iqtisadiyyata zərbə vuracaq- ÖZƏL

ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, Böyük Britaniyanın İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa qoyması Britaniya iqtisadiyyatına mənfi təsir göstərə bilər.
O qeyd edib ki, ABŞ-ın bəzi ştatlarında belə addımlara qarşı cavab tədbirləri nəzərdə tutan qanunlar mövcuddur. Olaylar.az xəbər verir ki, səfir Britaniya hökumətinin qərarını "rasional olmayan addım" adlandıraraq, bununla nə əldə edilmək istəndiyini anlamadığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31