Medvedçuk: Dünya Zelenskidən yorulub- ÖZƏL

Olaylar.az xəbər verir ki, "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk Qərb ölkələrində Volodimir Zelenski və Ukrayna məsələsinə ictimai marağın azaldığını bildirib.
Medvedçukun sözlərinə görə, Avropada Kiyev rejiminə maliyyə dəstəyinin dayandırılmasını tələb edən səslər getdikcə artır. O, Pew Araşdırma Mərkəzinin 37 ölkədə keçirdiyi sorğuda iştirakçıların 52 faizinin Zelenskiyə etimad göstərmədiyini qeyd edib.
Medvedçuk həmçinin bildirib ki, Zelenskiyə etimadsızlıq həm Qərbdə, həm də Qlobal Cənub ölkələrində müşahidə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31