Həmsədrlərin turistik səfərlərinə son qoyulmalıdır

Bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə regiona səfər edərək Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdü, Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr apardı. Ənənəvi olaraq regiona səfərlərindən sonra vasitəçilər bəyanatla çıxış etdilər.  Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunurdu. Həmçinin həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər."Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq".

Qarabağ problemi BMT çərçivəsində həll edilməlidir

Göründüyü kimi vasitəçilər bu dəfə də təkrarçılığa yol verərək hər iki tərəfə tövsiyədə bulundular. Halbuki vasitəçilərin daha çox işğal faktı və işğalçının cəzalandırılması prizmasından çıxış etməsi şərt idi. Amma yenə də Minsk qrupu daha çox erməni maraqlarına xidmət edən açıqlamaları ilə yadda qaldı. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Birmənalı olaraq vurğulanır ki, vasitəçilərin müntəzəm olaraq regionda görünmələri Dağlıq Qarabağ probleminin həllinə deyil, onun uzadılmasına, mövcud status-kvonun saxlanılmasına xidmət edir. Müstəqil ekspert Rövşən Məmmədli də belə düşünür: "ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda deyilir ki, həmsədrlər qoşunların təmas xəttində ölüm halları nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar. Həmsədrlər həmçinin tərəfləri təhrikedici bəyanatlardan və təxribatçı addımlardan çəkinməyə səsləyirlər. Həmsədrlər, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsipləri daxil olmaqla Helsinki Yekun Aktına əsasən münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə dəstək göstərməkdə qətiyyətli olduqlarını bir daha bəyan ediblər. Həmsədrlər tərəflərin hazırki seçki dövrünü nəzərə almaqla intensiv danışıqları davam etdirmək niyyətini alqışlayırlar. Fikir verirsiniz, həmsədrlər Ermənistanın Azərbaycanın 20 faiz ərazisini 25 ildir işğal altında saxlamağından, Ermənistanın təcavüzkarlığından narahat olmurlar, ancaq təmas xəttindəki "insidentdən" narahat olurlar. Tərəflərə Cenevrə görüşünü xatırladıb atəşkəsə riayət etməyə çağırırlar. Eyni zamanda güc tətbiq edilməməsini vurğulayırlar. Bəs Ermənistan işğalçı qoşununu çıxarmır, Azərbaycan nə etməlidir?. Durub baxmalıdır?. Həmsədrlər yenə də ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyinetmə, bərabər hüquqlara malik olmaq kimi Helsinki Yekun Aktına əsaslanıb münaqişənin "sülh" yolu ilə həllinin tapılmasına dəstək göstərməkdə qətiyyətli olduqlarını bildirilər. Ənənəvi yanaşma, eyni sim, eyni kod, eyni danışıq. Sual ölunur ərazi bütövlüyü prinsipi ilə xalqların müqəddəratını təyin etməsi necə ola bilər?. Bu yalan, ikiüzlülük, ermənipərəstlik kimə lazımdır? Belə lazımsız bəyanatlar vermək üçün sizə kim minnət edib ki, Məgər Siz bilmirsiniz ki, haylar Azərbaycanın qədim torpaqlarında bir dəfə "müqəddərat həll ediblər". Dünyanın harasında görünüb ki, bir millət iki dəfə müqəddarat həll etsin". Rövşən Məmmədli hesab edir ki, o halda Birləşmiş Ştatlar, Rusiya Federasiyası və Fransada da ermənilər öz müqədərratlarını həll etməlidirlər. Çünki hər üç ölkədə Dağlıq Qarabağdakından ən azı 30 dəfə çox hay yaşayır: "Onda qoyun onlar da Sizin ölkələrinizin əraziləri hesabına hər birinində bir Hayastan yaratsınlar. Nə qədər ki, bu turistlərdən, "Madrid prinsiplərindən" imtina edilməyib nəticəsi yaxşı olmayan sonuclar baş verə bilər. Məsələnin həllini BMT-yə keçirib beynəlxalq hüquq əsasında həllinə nail olmaq lazımdır". Rövşən Məmmədli onu da diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri müntəzəm olaraq "ərazi bütövlüyü" və  "milli müqəddarat həlli" kimi prinsipləri səsləndirsələr də, əslində bu iki prinsip biri-birinə tamamilə ziddir: "Xalq vətənini Qarabağı,aran Zəngəzuru tələb edir. Bunu hamı birdəfəlik anlamalıdır və hər kəs bu məsələnin həlli üçün daşıdığı məsuliyyəti hiss edib öz vəzifələrini yerinə yetirməlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31