Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur

Hakim Yeni Azərbaycan Partiyasının VI qurultayından bir xeyli müddət keçsə də, lakin hələ də cəmiyyətdə, onun müxtəlif təbəqələri arasında bu mövzuda müzakirələr davam edir. Bunun isə başlıca səbəbi qurultayda Azərbaycan, onun gələcəyi üçün mühüm, vacib qərarın qəbul edilməsidir.

Hakim Yeni Azərbaycan Partiyasının VI qurultayından bir xeyli müddət keçsə də, lakin hələ də cəmiyyətdə, onun müxtəlif təbəqələri arasında bu mövzuda müzakirələr davam edir. Bunun isə başlıca səbəbi qurultayda Azərbaycan, onun gələcəyi üçün mühüm, vacib qərarın qəbul edilməsidir. Daha dəqiq desək YAP-ın qurultayında hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namzidəliyinin irəli sürülməsi. Elə hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov da deyir ki, Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biridir. Onun sözlərinə görə, partiyanın hər bir tədbiri, xüsusilə qurultayları cəmiyyəti, vətəndaşları maraqlandıran, düşündürən, eyni zamanda digər ictimai-siyasi təşkilatların diqqətində olan məsələdir: "Çünki YAP iqtidar partiyasıdır, cəmyyətdə ən aparıcı qüvvədir, Ümummilli lider Heydər Əliyevin nurlu zəkasından yaranan partiyadır. Və yarandığı gündən Heydər Əliyev ideyalarına sadiq qalan partiyamız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərərək cəmiyyətin maraqlarını ifadə edir. Partiyamızın əsas prinsipləri dövlətçilik, qanunçuluqdur və bu kimi prinsiplərə söykənən YAP və onun üzvləri ölkəmizin inkişafı prosesində fəal şəkildə iştirak edir. Yeni Azərbaycan Partiyası təkcə regionda yox, dünyada ən mütərəqqi siyasi təşkilatlardan biri kimi tanınır. Bilirsiniz ki, partiyamız ötən illər ərzində bir sıra beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bunların sırasında İCAPP-ın bir sıra tədbirlərini qeyd etmək olar. Hansı kimi bu təşkilat özündə 350-dən çox siyasi partiyanı birləşdirir. Bütün bunların fonunda partiyamızın qəbul etdiyi qərarlar, xüsusilə onun qurultayları diqqətlə izlənilir". Aydın Hüseynov deyib ki, Yeni Azərbaycan Partiyasının VI Qurultayının qərarı tarixi bir qərardır: "Bu qərarı partiyamızın yüzminlərlə üzvü alqışlayır. Təsadüfi deyil ki, bu qərar hazırda cəmiyyətimizdə ən geniş müzakirə olunan məsələdir. Çünki YAP-ın VI Qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi bütün xalqımızın arzu və istəyidir. Bu da təsadüfi deyil. Çünki cənab İlham Əliyev dövlət başçısı olaraq "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" devizinə sadiq qalıb, Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bütün sferalarda böyük inkişaf yolu keçib. Azərbaycanda partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Çünki Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına sadiqdir və Ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam və inkişaf etdirir, Onun fəaliyyətinin başlıca amalı dövlətə və xalqa xidmət etməkdir. Prezident İlham Əliyev hər zaman vədinə əməl edən liderdir. Dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Bütün bunların nəticəsidir ki, ölkəmizdə sabitlik və vətəndaş həmrəyliyi hökm sürür. Bu mənada, partiyamızın IV Qurultayının qəbul etdiyi qərar Azərbaycan xalqının ürəyincədir".Millət vəkili deyib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər əldə edib: "Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyatımız 3.2 dəfə artıb, 1.9 milyon yeni iş yeri açılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töfhələr verib. Eləcə də, Azərbaycan kosmos dövlətləri sırasında özünün layiqli yet turur.

Həmçinin, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə "Eurovision", birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir. Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə dövlətimizin inkişafında xüsusi xidmətlər göstərir". Aydın Hüseynov deyib ki, ötən 15 ildə ölkəmiz müdafiə qabiliyyətini də xeyli gücləndirib. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır: "Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi. Bu mənada, düşünürəm ki, biz qarşıdan gələn prezident seçkilərinə möhtəşəm nailiyyətlə gedirik. Hesab edirəm ki, bu nailiyyətlər partiyamızın namizədinin növbəti parlaq qələbəsini şərtləndirən əsas amildir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31