Ermənistan ordusu NATO standartlarına uyğun dəyişdirilə bilər – ÖZƏL

Ermənistan ordusunda hərbi salamlaşma qaydalarının dəyişdirilməsi imkanları müzakirə olunur. Olaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin məlumatına görə, NATO standartlarına uyğun olaraq hərbçilərə baş geyimi olmadan da əli başa apararaq salam vermək həvalə edilə bilər. Əvvəllər Sovet və Rusiya ənənəsinə uyğun olaraq hərbi salam yalnız baş geyimi olduqda verilirdi. 

Mənbələr bu yeniliyin şəxsi heyət arasında narazılıq yaratdığını bildirir. Ermənistan Müdafiə Nazirliyi isə hələlik rəsmi qərarın qəbul edilmədiyini, lakin mövzu ətrafında müzakirələrin aparıldığını təsdiqləyib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31