Aİ Gürcüstanda vətəndaş cəmiyyəti və müxalifətə qarşı artan təzyiqlərdən dərin narahatlığını bildirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının BMT-dəki daimi nümayəndəsinin müavini Mişel Servone d'Urso BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında çıxış edərək, Gürcüstanda məhkəmə sistemindən vətəndaş cəmiyyəti təşkilatlarına, müxalifət nümayəndələrinə, hüquq müdafiəçilərinə və müstəqil mediaya qarşı siyasi motivli istifadəsini, eləcə də repressiv tədbirlərin görülməsini kəskin pisləyib. Aİ rəsmisi qanunsuz həbslərə və artan təzyiqlərə son qoyulmasının, beynəlxalq insan hüquqları standartlarını pozan son qanunvericilik dəyişikliklərinin ləğv edilməsinin və ya köklü şəkildə yenidən baxılmasının vacibliyini vurğulayıb. 

Birləşmiş Qurum Gürcüstan rəhbərliyini əsas azadlıqların qorunması öhdəliyinə əməl etməyə və demokratik təsisatlara inamı bərpa etmək üçün konstruktiv dialoqa başlamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31