Koreya yarımadasına sülh göyərçini qona biləcəkmi?

Beynəlxalq münasibətlər sistemində, dünyada bir-birindən maraqlı hadisələr, proseslər baş verməkdədir. Dünənənə qədər bir-birinə qarşı cəbhədə yer alan dövlətlər, ölkələr bu gün eyni sırada qərarlaşır, yaxud müttəfiq, dost ölkələr bu gün bir-birinin qəniminə çevrilib.

Beynəlxalq münasibətlər sistemində, dünyada bir-birindən maraqlı hadisələr, proseslər baş verməkdədir. Dünənənə qədər bir-birinə qarşı cəbhədə yer alan dövlətlər, ölkələr bu gün eyni sırada qərarlaşır, yaxud müttəfiq, dost ölkələr bu gün bir-birinin qəniminə çevrilib.

Qeyd edilənlərə ən bariz nümunə kimi lap yaxın tariximizdə müşahidə etdiyimiz Türkiyə-Suriya, yaxud Rusiya-Türkiyə münasibətlərini göstərə bilərik. Hazırda isə eyni tendensiya Koreya yarımadasında da müşahidə edilməkdədir. Hansı ki, uzun illərdir ikiyə bölünmüş Koreya yarımadasının iki dövləti, Şimali və Cənubi Koreya bir-birinin qəniminə çevrilib. Hətta zaman-zaman bu iki dövlət arasında yeni bir münaqişənin baş verməsi kimi təhlükələr də olub. Hər nə qədər Birləşmiş Ştatlar, Qərb Koreya yarımadasının bu iki dövlətinin vuruşdurmağa, müharibə cəbhəsində qarşı-qarşıya qoymağa çalışsa da, məkirli plan baş tutmayıb. Hazırda müşahidə edilən tendensiya isə ondan ibarətdir ki, Qərbn, Birləşmiş Ştatların Şimali və Cənubi Koreyanı ciddi cəhdlərinə bir-birinə qarşı qoymaq planları nəinki reallaşmır, əksinə Seul və Pxenyan arasında müəyyən mənada yaxınlaşma müşahidə edilir. Hər halda bu günlərdə Cənubi Koreyanın Pyençxan şəhərində keçirilən Qış Olimpiya Oyunları çərçivəsində belə bir müsbət tendensiya müşahidə edildi. Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Turan Rzayev deyir ki, ttarixin ən soyuq Qış Olimpiadası adlandırılan Pyençxan olimpiyadasının açılış mərasimi də belə əsas verir. O, bildirib ki, oyunların açılış mərasimi çox isti görüntülərlə yadda qaldı: "Açılış mərasimi zamanı Şimali və Cənubi Koreyalı idmançılar bir komandada çıxış edərək birlikdə meydana daxil oldular. Digər bir diqqət çəkən məqam isə Cənubi Koreyanın idmançısı Von Yun-jong və Şimali koreyalı idmançı Hang Çung Gumun Göy-Ağ rəngli, "Birləşmə" bayrağı ilə meydana daxil olmaları oldu. Təbii ki, fərqli siyasi ideologiyalara görə yarım əsrdən çox ayrı düşmüş bir xalqı belə vəhdətdə və birlikdə görmək hər kəsə xos təəssurat bağışladı. Ancaq bu isti görüntülər bir çox sualı da ortaya çıxartdı. Elə götürək ən aktual sualı. Nə üçün 2 il fasilədən sonra tərəflər yenidən siyasi əlaqələri bərpa etdi? Əslində bu yaxınlaşma ilin əvvəlində Şimali Koreya liderinin yeni il mesajında dialoqa açıq olduğunu və Qış Olimpiadalarında iştirak edə biləcəklərini vurğulamasıyla başlamışdı. Məhz bundan sonra tərəflər arasında diplomatik təmaslar başlandı. Tərəflərarası danışıqlardan sonra ilk addımda məhz Şimali Koreyadan gəldi. Fevral ayının 5-i Şimali Koreya lideri məclis rəhbəri Kim Yong-Namı ölkəni oyunlarda təmsil edəcək komandayla bağlı və tərəflərarası munasibətlər fonunda Cənubi Koreyaya göndərdi. Zənnimcə bu ziyarəti son 2 ildə tərəflər arasında ən yüksək səviyyəli ziyarət hesab etmək olar. Daha sonra rəsmi görüşlər daha da ciddi şəxlər müstəvisinə keçməyə başlandı. Məsələn,Cənubi Koreya prezidenti Moon Jae-in, oyunlardan bir müddət öncə Şimali Koreya olimpiya heyətilə görüş keçirdi. Bu görüşün ən diqqət çəkən məqamı isə heyyətin tərkibində Şimali Koreya liderinin bacısı qızı Kim Yo-Jongun da iştirak etməsi idi. Kim Yo-Jong 1950-53 Koreya muharibəsindən bu günə kimi Şimali Koreyanı idarə edən ailədən ilk şəxsdir ki, cənuba rəsmi səfər edir. Kim Yo Jong Şimali Koreyada bu qədər qısa müddətdə lider vəzifələrə yüksələn və rəhbərliyin etimadını qazanan nadir insanlardandır".

Ekspert hesab edir ki, Şimali Koreyanın Qış Olimpiadasında Cənubi Koreya ilə birgəçıxış etmək istəyi siyasi manevrdir: "Ölkə nüvə və raket proqramları üçün beynəlxalq ictimaiyyətin artan təzyiq və sanksiyaları ilə üzləşir. Buna görə də Şimali Koreya dünya dövlətləri tərəfindən bir təhlükə ünsürü olaraq görülür. Həm də nəzərə almaq lazımdır ki, Şimali Koreya və Cənubi Koreya hələ də hərbi-texniki sahədə mübarizə aparır və iki ordunu yalnız "azad zona" ayırır. Ötən ilə nəzər salsaq Şimali Koreya, nüvə gücünü göstərmək üçün bir sıra balistik raketlər sınadı. Düzdür bu daha çox Birləşmiş Ştatlaraa xəbərdarlıq olsa da, Yaponiya və Cənubi Koreya da özlərini böyük təhlükədə hiss etdilər. Nəticə etibarilə bu hərəkətlər ABŞ və regional ölkələr tərəfindən təhlükəsizliklərinə təhdid kimi qəbul edildi. Əslində Şimali Koreya tərəfinin nüvə vəbalistik raket sinaqları Birləşmiş Ştatlar üçün bir növ göz dağıdır. Bu olimpiada bir daha göstərdi ki, iki tərəf gələcəkdə yenidən bir bayraq və bir dövlət altında birləşə bilər. Bunun üçün isə ən əsası tərəflərin ortaq məxrəcə gəlmələri və mənfi xislətin kənara qoyulması vacibdir. Təbii ki, ilk növbədə Şimali Koreya aqresiv davranışlarından əl çəkməlidir. Bunun üçün isə siyasi sferada bəzi yumşaltmalar olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, Cənubi Koreyanın hazırki prezidentiözündən əvvəlkilərdən fərqli olaraq Şimali Koreya ilə dialoq və yaxınlaşmağa hazırdır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31