Qadına pul çatanda...

İşgüzar qadın olmaq heç də asan məsələ deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Etiraf edək ki, Azərbaycanda sadalanan keyfiyyətləri özündə cəmləşdirən kifayət qədər işgüzar xanım var. Evində tikiş tikməklə ailəsini dolandırandan tutmuş daş karxanası işlədən qadına qədər fəaliyyətdə olan zərif cinsin nümayəndəsinə rast gəlinir.

Yaxud, bznesmen qadın ideal həyat yoldaşı ola bilərmi?

İşgüzar qadın olmaq heç də asan məsələ deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Etiraf edək ki, Azərbaycanda sadalanan keyfiyyətləri özündə cəmləşdirən kifayət qədər işgüzar xanım var. Evində tikiş tikməklə ailəsini dolandırandan tutmuş daş karxanası işlədən qadına qədər fəaliyyətdə olan zərif cinsin nümayəndəsinə rast gəlinir. Təəssüf ki, hələ də cəmiyyətdə ailə quran bəzi qızlarda patriarxal düşüncə mövcuddur. "Məni saxlasınlar, ərə getdiyim şəxs küçədə zibil daşısın, amma mənə çoxlu pul gətirsin və ya onlarda "varlı olsun" düşüncəsi mövcuddur. Doğrudur, əgər kişi öz qadınının iqtisadi azad olması üçün imkan yaratmırsa, o halda onun borcudur ki, ailəsinə baxsın, yox əgər bu imkanı olan qadın yalnız iqtisadi amil baxımından kiməsə ərə gedirsə və ya onu verirlərsə, o halda bu, öz növbəsində, özünü satmağın mədəni formasıdır. Bunların hamısının kökündə isə stereotiplər, patriarxal düşüncə və o cümlədən qadınların iqtisadi azad olmaması dayanır ki, burada isə həm cəmiyyət, həm qadınlara qarşı görünməyən diskriminasiya, həm də ailə günahkardır. O da faktdır ki, hazırda nəinki qadınlar, hətta bəzi kişilər də ailə qurmağa gəlir mənbəyi kimi baxırlar. Əgər şəxsin gəlirləri və mülkləri varsa, onun istədiyi şəxslə ailə qurmaq, qısaca onu "almaq" ehtimalı olduqca böyükdür. Halbuki o şəxs bu imkanlara sahib olmasaydı, ailə qurmaq istədiyi şəxsin xəyalını belə qura bilməzdi. Həmçinin bir çox ailələr qızlarının ailə qurmasına iqtisadi yöndən yanaşırlar. Sanki hansısa əşyanı bazarda daha baha qiymətə sata bilmək rəqabəti var. Qadınların ailə qurmağı "ərə getmək", kişilərin isə xanımı "almaq" münasibəti təsadüfi deyil. Bu zaman belə bir sual ortaya çıxır: Əgər ailədə qadın daha çox pul qazanırsa, hansı proseslər baş verir?
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aygün Ağabalayeva deyir ki, indiki cəmiyyətimizdə əsrlər boyu mövcud olan vəziyyətdən tamamilə fərqli bir konsepsiya formalaşıb. Qadınlar bir çox sahələrdə çalışır, yaxşı pul qazanırlar. Bəzi ailələrdə ailə büdcəsinin əsasını qadınların gəliri təşkil edir. Belə vəziyyət əksər kişilərdə bir sıra psixoloji xarakterli problemlərin yaranmasına səbəb olur. Onu da qeyd edək ki, qadınlar da heç də ürək açan vəziyyətdə olmur. Çünki onun öhdəsində olan ev işlərinin üstünə digər məsuliyyətli iş gəlir. Maraqlı bir tendesiya müşahidə olunur. Qadın nisbətən çox qazandıqca, həyat yoldaşı yüksək maaşlı iş axtarışında əvvəlki həvəsi göstərmir. Bütün bunlarda təbii ki, ailə münasibətlərinə heç də yaxşı təsir etmir. Qadının qazancı üstünlük təşkil edən ailələrdə kişilərin əksəriyyətində özünüqiymətləndirmə səviyyəsi enir. Eyni zamanda kişilər bu vəziyyəti psixoloji cəhətdən qəbul edə bilmirlər. Və bu da kişilərin davranış tərzinə müəyyən təsir göstərir. Onlar belə situasiyada özlərini narahat hiss edirlər. Müxtəlif komplekslər yaranır. Və bu da ailədə normal münasibətlərə mənfi təsir göstərir. Qadın da ikili vəziyyətə düşür. Çünki ailə başçısı rolu qadına xas deyil, lakin yaranmış səbəblər üzündən onun üzərinə düşür. 35 yaş və daha yuxarı yaşda olan qadınlar artıq buna köklənirlər. Amma bir qədər gənc yaşda olan qadınlar bu yükü üzərilərinə götürsələr də uzun müddətli olmur. Ailə stereotiplərinin dəyişməsi cütlüyün intim münasibətlərinə də təsir göstərir. Kişi özünü sıxılmış hiss edərək cinsi əlaqələrdən də çəkinir. Qadında isə həyat yoldaşı ilə münasibətdə psixoloji çətinliklər yaranır. Əgər qadın ailədə bütün maliyyə məsələlərinə rəhbərlik edirsə, onda o özünü sevgili yox ailənin anası hiss edir. Çox yaxşı olardı ki, ərlərindən daha çox qazanan qadınlar, heç bir şəraitdə öz üstünlüklərini üzə vurmasınlar (Kişiyə minnət qoymaq, bunu hər gün vurğulamaq). Belə davranış təbii ki, mənfi reaksiya doğuracaq və ailədə problemi dərinləşdirəcək: "Həyat yoldaşınızın sizin üçün nə qədər önəmli olduğunu vurğulayın.Onun köməyinə, dəstəyinə hər zaman ehtiyac olduğunu bildirin. Qazancınızı ümumi ailə gəliri kimi yığın. Ailə üçün ev üçün nə isə əldə etmək qərarı verəndə mütləq məsləhətləşmək lazımdır. Ailədə münasibətləri daha etibarlı etmək üçün maaşınızın məbləğini gizlətmək lazım deyil. Yoldaşınızı günahlandırmayın, təziq göstəməyin. Bu yalnız mübahisələrə gətirib çıxaracaq. Amma həyat yoldaşınız bütün bunlara baxmayaraq yenə kobud diqqətsiz olursa - artıq düşünmək zamanı gəlir. Hər halda qadın özü qərar verir.Bəzi işləyən yaxşı qazanan qadınları belə yaranmış vəziyyət qane edir. Amma unutmayaq ki, ailə müqəddəsdir."Evlilik zənciri elə ağırdır ki, onun yükünü ikilikdə daşımaq lazım gəlir". Ancaq qarşılıqlı məhəbbət və qarşılıqlı hörmət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31