Gündəm
Millimizin iki futbolçusu evləndi
"Neftçi" klubunun futbolçusu Namiq Ələsgərov subaylığın daşını atıb. Ələsgərov futbolçu xanımla ailə qurub. Onun xanımı U-21 millimizin üzvü Nigar Cəlillidir.
Yəməndə difteriya bəlası - 62 nəfər öldü
Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb. Bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib. Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.
Azərbaycanlı aktrisa qarlı havada soyundu
Aktrisa Leyla Hümmətova yeni fotosessiya etdirib. Aktrisa qarlı havada çimərlik geyimində fotokamera qarşısına keçib.
Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə yeni istehsal və emal müəssisələrinin açılmasını təmin edir
Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni istehsal və emal müəssisələri açılır ki, bu da bölgə sakinlərinin rifah halının yüksəlməsinə xidmət edir. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət çərçivəsində isə regionlarda sənaye məhəllələri və aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Zərdabda yem emal müəssisəsi açılıb.
Gizli mason cəmiyyəti haqqında az bilinən 6 SİRR
Masonlar - dünya mənəvi hökmranlıq tarixinin ən qüdrətli və mistik təşkilatıdır. Onların yüz illər boyu necə təşkilatlandıqları və böyük sərvətə sahib olduqları çox az adama məlumdur.
Politoloq: “Dağlıq Qarabağda hər an müharibə baş verə bilər”
“Dağlıq Qarabağda hər an müharibə baş verə bilər. Biz bunu heç vaxt gizlətməmişik”. Bu fikirləri açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. Politoloq qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin əbədi ola bilməyəcəyini hər zaman demişik.
Bu uşaqlar lisey və gimnaziyalara pulsuz qəbul olunacaq
2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək. Məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva deyib. O bildirib ki, Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər. Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar.
Asim Mollazadə: “Minsk qrupu institutunu ciddi müzakirə etməliyik”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Fransa da çox yaxşı bilir ki, regionda gərginliyin əsas səbəbi Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalını davam etdirməsidir”. Bunu millət vəkili Asim Mollazadə deyib.
Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirildi
Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Özbəkistan Ticarət-Sənaye Palatasının iştirakı ilə keçirilən Özbəkistan-Azərbaycan biznes-forumunun əsas məqsədi Özbəkistanın investisiya mühiti ilə tanışlıq, iki ölkə arasında iqtisadi əlaqələr, qarşılıqlı investisiya qoyuluşu, azərbaycanlı və özbək biznesmenlər arasında əlaqələrin yaradılması, Azərbaycan məhsullarının Özbəkistan bazarına çıxışı və s. olub.
Jirinovskidən unikal təklif: “2” rəqəmini yığışdırın
Rusiya məktəblərində şagirdlərin 2 ilə qiymətləndirilməsi və məktəbdən uzaqlaşdırılması qadağan edilməlidir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Türk ordusundan qəfil hücum: Uverkan azad edildi
Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib. Ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı kəndi terrorçulardan tam təmizləyib.
Böyük güclərin planı işə yaradı
Suriyada vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Türkiyənin haqlı olaraq Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı uğurla davam etdiyi bir vaxtda Suriya lideri Bəşər Əsəd Türkiyənin bu addımını ölkəsinin ərazi bütövlüyünə cəhd kimi qiymətləndirərək Afrinə müdaxilə etməyi düşünür.
İsrail -İran dueli hələlik sözdə davam edir
Yaxın Şərq problemi uzandıqca İsrail-İran münasibətləri gərginləşməkdə davam edir. Artıq uzun müddətdir ki, iki dövlət müxtəlif beynəlxalq tribunalardan yararlanaraq bir-birlərinə qarşı ittihamla çıxış edirlər. Bəzən isə bu ittihamlar ultimatum həddinə çatır. Danılmaz faktdır ki, ABŞ-dan sonra İranı BMT ali tribunasından hədəfə alan ikinci ölkə İsrail olub. Baş nazir Netanyahu dəfələrlə çıxışının böyük hissəsini İrana həsr edib. Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələri ilə yaxın münasibətlər quran İsrail ərəb dövlətləri ilə də münasibətləri istiləşdirmək yolunda önəmli addımlar atmaq niyyətini bəyan edib.
Yaşlıların test uğursuzluğu...
Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanın nəticələri bəlli olub. DİM imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb. Məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər, qadınlar üzrə isə 512 nəfər 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib. Xatırladaq ki, dövlət qulluğuna qəbulla bağlı 2000-dən çox vakansiya elan olunmasına baxmayaraq imtahanda iştirak etmək üçün qeydiyyatdan cəmi 1537 namizəd keçib. Maraqlıdır, dövlət qulluğunda çalışmaq istəyənlərin sayının azalmasına hansı amillər təsir göstərir?
“Qu gölü” baleti yenidən səhnədə
Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. Tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri bu balet 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunub. Olaylar.az bildirir ki, tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova və Yakopo Tissi ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.














