Köçəryanın müdafiə tərəfi beynəlxalq məhkəmələrə müraciət edə bilər – ÖZƏL
12:44 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Hovannes Xudoyan sentyabrın 8-də keçirilən mətbuat konfransında beynəlxalq məhkəmə instansiyalarına müraciət imkanlarını şərh edib. Vəkil bildirib ki, bu, hüquqi prosesin məcburi hissəsidir və ölkədaxili instansiyalar tükəndikdə, yaxud dövlət daxilindəki hərəkətlər inam yaratmadıqda tətbiq olunur.
Xudoyan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) və ya BMT Məhkəməsinə müraciət ehtimalını istisna etməyərək, şikayətlərin baxılma müddətinə görə BMT Məhkəməsinin daha əlverişli olduğunu vurğulayıb və bütün qanuni vasitələrdən istifadə ediləcəyini bildirib. Mətbuat konfransında iştirak edən ikinci prezidentin oğlu, "Ermənistan" blokundan olan deputat Levon Köçəryan isə atasının və qardaşının siyasi təqiblərə məruz qaldığını deyərək, məhkəmə və hüquq sisteminin bir nəfərin birbaşa göstərişi ilə işləməsinə qarşı qanun çərçivəsində mübarizə aparacaqlarını bəyan edib.