Gündəm

Bəzi avropalı parlamentarilərin Ermənistanın işğalçılığına dəstək siyasəti

21 Fevral 2018 14:35

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, tutduğu mövqeyə görə dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biridir. Bu faktoru Avropaya da şamil etmək olar. Xüsusilə nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan xüsusi rola malikdir, o zaman qoca qitəınin ölkəmizə olan marağı başadüşüləndir. Günümüzdə Azərbaycan Avropanın siyasi təsisatları ilə də sıx əlaqələr qurub. Avropa Şurası, bu qurumun Parlament Assambleyası, Avropa Komissiyası, Avropa Parlamenti, AvroNest Parlament Assambleyası NATO hərbi bloku və s. qurumlarla qurulan əlaqələr bunun əyani sübutudur. Sevindirici hal ondan ibarətdir ki, bütün Avropa təsisatları Dağlıq Qarabağ problem ilə bağlı məsələdə Azərbaycanın ərazi bütvlüyünə hörmətlə yanaşır.

Radikalların etik çərçivələri aşan mübarizəsi

21 Fevral 2018 14:33

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik, seçkiöncəsi ziddiyyətlər özünün pik nöqtəsinə qədəm qoyur. Ancaq bu gərginılik heç də özünü cəmiyyətlə daha çox işləmək, xalqın səsini əldə etmək istiqamətində büruzə vermir. Əksinə cəmiyyətdə, xalq arasında seçkini gözdən salmaq, ona xələl gətirmək kimi hal və hərəkətlər müşahidə edilir. Yenə də bu “mübarizə cəbhəsində” yer alan radikal müxalif düşərgədir. Prezident seçkilərində məğlub olacaqlarını əvvəllcədən bilən radikallar onu boykot etməklə nəsə əldə edəcəkləri düşüncələrinin puça çıxdığını gördükdən sonra indi də mübarizə üsulunu dəyişərək cəmiyyətdə xaos, anarxiya yaratmaq kimi fəaliyyətlərə üstünlük veriblər. Əsasən sosial şəbəkələr üzərindən aparılan bu fəaliyyətlər bir neçə istiqaməti özündə ehtiva edir. Və diqqət etsək aydın şəkildə görə bilərik ki, hər bir istiqamət də yuxarıda qeyd etdiyimiz məqsədə xidmət edir. Radikalların fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə belə bir mənzərə ortaya çıxır.

Sarkisyanın partiyası ABŞ-ın qara siyahısına düşür

21 Fevral 2018 14:29

Ermənilər Respublika Partiyasının bir sıra nümayəndələrinin ABŞ-ın qara siyahısına salınmasını istəyiblər. Ermənistanın “Qraparak” bu təşəbbüslə Los-Anceles şəhərində yaşayan ermənilərin çıxış etdiyini yazıb. Onlar bu addımı İrəvan Ağsaqqallar Şurasının iclasında Ərik Ölkəsi Partiyasından olan qadınların döyülməsindən sonra atıblar.

Yaşı 50-dən az olanlara İNANILMAZ İMKAN: sonsuza qədər...

21 Fevral 2018 14:27

1970-ci ildən sonra doğulan insanlar sonsuza qədər yaşaya biləcək. Bu iddia ilə Doktor Lan Pearson çıxış edib. Onun sözlərinə görə, süni intellekt və gen mühəndisliyi ilə bu ideyanı gerçəkləşdirmək mümkündür. Belə ki, süni intellekt vasitəsilə insan bədəni  yaşamaq üçün robotlar orqanlarına köçürülə, şüurlarını yükləmək üçün virtual gerçək dünyalar yaradıla bilər.

Övladının rus bölməsində təhsil almasını istəyənlərin nəzərinə

21 Fevral 2018 14:26

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyaların mikroərazisində yaşayan və övladları müsabiqəyə cəlb edilən şəxslər Bakı Şəhər Təhsil İdarəsinə müraciət edə bilərlər. Hər bir müraciət araşdırılacaq və onların qəbulunun müsabiqəsiz həyata keçirilməsi təmin ediləcək”.

Sahibə Qafarova Türkiyədə üçtərəfli görüşə qatılacaq

21 Fevral 2018 14:24

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 23-dən martın 1-dək Türkiyədə səfərdə olacaq.

Sarkisyanın əli Azərbaycan xalqının qanına bulaşıb

21 Fevral 2018 14:23

"O dövrdə Azərbaycanın rəhbərliyində daha bacarıqlı, daha cəsarətli, daha qətiyyətli, dövlətçiliyi, idarəetməni dərindən bilən bir insan olsaydı, Azərbaycanda olan hərbi-silahlı qüvvələrə vahid komandanlıq təmin oluna bilsəydi, Xocalıya zamanında kömək gəlsəydi, təbii ki, bu qanlı qətliamdan, XX əsrin ən dəhşətli qırğınlarından, soyqırımlarından olan Xocalı soyqırımından qaçmaq mümkün olardı”.

Musiqili Teatrda həftəsonu

21 Fevral 2018 14:21

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, həftəsonu - 24 fevral saat 19:00 “Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), 25 fevral saat 12:00-da uşaqlar üçün “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək.

Avtomobil vuran piyada xəstəxanada ölüb

21 Fevral 2018 14:21

Bakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, fevralın 20-də saat 17:00 radələrində paytaxtın Xətai rayonu ərazisində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Bakı sakinində 35 kq narkotik vasitə aşkar edilib

21 Fevral 2018 14:18

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Anar Bağırov: “Prezident vəkillərin sayının artırılmasına tövsiyə verib”

21 Fevral 2018 14:17

“Ölkədə fəaliyyət göstərən vəkillərin sayı azdır, minə yaxın hüquqşünas var”. “Olaylar” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ” Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda keçirilmiş konfransda deyib.A. Bağırov deyib ki, hazırda bu istiqamətdə lazımı tədbirlər görülür: “Dövlət başçısının vəkillərin sayının artırılmasına dair tövsiyələri də var.

13 gün əvvəl evdən qaçan gəlinin ANASI: "Qızım dəli deyil, xəstə deyil evdən qaça"

21 Fevral 2018 14:14

Göygöl rayonunun Mollacəlilli kəndində evdən qaçan 2 ayın gəlini 20 yaşlı Asiya Ağakişiyeva tapılıb. Artıq 13 gündür evdən gedən A.Ağakişiyevanın fen almaq üçün qayınatası ilə mağazaya getdiyi və ərazi yaxınlığından taksiyə minərək uzaqlaşdığı bildirilib: “Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir".

Manatın məzənnəsinin sabitləşməsi valyuta satışını kəskin azaldıb

21 Fevral 2018 14:10

2017-ci il ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

Almaniyalı alim mədəniyyətimizi araşdırır

21 Fevral 2018 14:09

Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin elmi əməkdaşı, doktor Mark İserlis “Şimali Qafqazın Maykop fenomeni: əsasa dönüş” layihəsi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda ölkəmizin ərazisində xalkolit (eramızdan əvvəl IV minilliyin əvvəlləri) dövrünə aid keramika məmulatları üzərində araşdırma aparır. Olaylar.az bildirir ki, almaniyalı alimin əsas tədqiqat obyekti Leylatəpə, Fərmantəpə və Alxantəpə qədim yaşayış məskənlərindən aşkar olunan keramika məmulatlarıdır.