“Gürcü arzusu” ölkə əhalisini soyur — İrakli Kupradze dövlət satınalmalarındakı korrupsiyadan danışıb – ÖZƏL
13:05 SiyasətOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze 2026-cı ilin ilk 8 ayı ərzində ölkədə 41 dövlət satınalma müqaviləsinin yerinə yetirilməməsi və iflasa uğrayan layihələrin ümumi dəyərinin 3,6 milyon larini keçməsi barədə statistikaya münasibət bildirib. Partiya rəsmisi baş verənləri "Gürcü arzusu" iqtidarının səriştəsizliyi və korrupsiyasının nəticəsi kimi qiymətləndirib.
Kupradze bəyan edib ki, müqavilə öhdəliklərini pozan bu şirkətlər hakim partiyanın ianəçiləridir və dəfələrlə uğursuzluğa düçar olmalarına baxmayaraq, onlara yenidən müxtəlif regional tenderlər həvalə olunur. Onun sözlərinə görə, məmurların şəxsi maraqlarına xidmət edən bu sxemlər vasitəsilə hər ay milyonlarla lari mənimsənilir və dövlət resursları hesabına Gürcüstan əhalisi talan edilir.