Radikalların etik çərçivələri aşan mübarizəsi

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik, seçkiöncəsi ziddiyyətlər özünün pik nöqtəsinə qədəm qoyur. Ancaq bu gərginılik heç də özünü cəmiyyətlə daha çox işləmək, xalqın səsini əldə etmək istiqamətində büruzə vermir. Əksinə cəmiyyətdə, xalq arasında seçkini gözdən salmaq, ona xələl gətirmək kimi hal və hərəkətlər müşahidə edilir. Yenə də bu “mübarizə cəbhəsində” yer alan radikal müxalif düşərgədir. Prezident seçkilərində məğlub olacaqlarını əvvəllcədən bilən radikallar onu boykot etməklə nəsə əldə edəcəkləri düşüncələrinin puça çıxdığını gördükdən sonra indi də mübarizə üsulunu dəyişərək cəmiyyətdə xaos, anarxiya yaratmaq kimi fəaliyyətlərə üstünlük veriblər. Əsasən sosial şəbəkələr üzərindən aparılan bu fəaliyyətlər bir neçə istiqaməti özündə ehtiva edir. Və diqqət etsək aydın şəkildə görə bilərik ki, hər bir istiqamət də yuxarıda qeyd etdiyimiz məqsədə xidmət edir. Radikalların fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə belə bir mənzərə ortaya çıxır.

Və dövlətçilik, milli dəyərlərə vurulan zərbə

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik, seçkiöncəsi ziddiyyətlər özünün pik nöqtəsinə qədəm qoyur. Ancaq bu gərginılik heç də özünü cəmiyyətlə daha çox işləmək, xalqın səsini əldə etmək istiqamətində büruzə vermir. Əksinə cəmiyyətdə, xalq arasında seçkini gözdən salmaq, ona xələl gətirmək kimi hal və hərəkətlər müşahidə edilir. Yenə də bu "mübarizə cəbhəsində" yer alan radikal müxalif düşərgədir. Prezident seçkilərində məğlub olacaqlarını əvvəllcədən bilən radikallar onu boykot etməklə nəsə əldə edəcəkləri düşüncələrinin puça çıxdığını gördükdən sonra indi də mübarizə üsulunu dəyişərək cəmiyyətdə xaos, anarxiya yaratmaq kimi fəaliyyətlərə üstünlük veriblər. Əsasən sosial şəbəkələr üzərindən aparılan bu fəaliyyətlər bir neçə istiqaməti özündə ehtiva edir. Və diqqət etsək aydın şəkildə görə bilərik ki, hər bir istiqamət də yuxarıda qeyd etdiyimiz məqsədə xidmət edir. Radikalların fəaliyyət istiqamətlərinə nəzər yetirdikdə belə bir mənzərə ortaya çıxır.

Birincisi, boykotçular qanunvericiliklə nəzərdə tutulan ərazilərdə seçici maarifləndirilməsi, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı bildirişləri, plakatları cıraraq elə qanunvericliyin tələblərini kobud şəkildə pozurlar. Təbii ki, ölkədə baş verən istənilən qanun pozuntusu da hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və bu işlə məşğul olanlar cəzasını almalıdır. Təbii ki, törətdiyi əmələ görə kiməsə qarşı cəza mexanizmi işə düşəndə isə radikallar başlayacaqlar öz ənənələrinə uyğun olaraq hay-həşir qaldırmağa. Qoymayın tutdular, yıxdılar, vurdular, həbs etdilər və s. Və nəticə etibarilə Qərbdəki, Avropadakı ağalarına özlərinə uyğun, məsələnin mahiyyətindən kənar donoslar ötürüləcək. Və beynəlxalq aləmdə belə bir təsəvvür formalaşdırılmağa çalışılacaq ki, Azərbaycanda qeyri-bərabər seçki mühiti yaradılıb, seçicilərin öz fikirlərini ifadə etməsinə imkan verilmir. Və ənənəvi antiAzərbaycan şəbəkə də eyni mahnını oxuyacaq.

Boykotçular özləri qanunvericliyin tələblərini kobud şəkildə pozmaları ilə yanaşı, cəhənnəmə gedənin öz ilə yoldaş aparmaq prinsipini də unutmayaraq cəmiyyətin digər üzvlərini də pozuculuq fəaliyyətinə sövq edirlər. Sosial şəbəkələrdə öz əxlaqları, mübarizə metodlarına uyğun şəkildə yaradılmış profillər, qruplar vasitəsilə açıq-aşkar xalq xaosa, anarxiyaya çağrılır. Məsələn boykotçuların sosial şəbəkələrdə yaratmış olduğu qruplardan birində "Prezident seçkilərinə YOX deyirik" adlı kampaniyanın başlandığı elan edilir. Kampnaiya əsasında vətəndaş dedikləri bir neçə anarxist, pozuculuq fəaliyyəti ilə məşğul olan şəxslər yuxarıda qeyd etdiyimiz kimi seçki elanlarını cırıb atırlar. Və bu azmış kimi qrupda vətəndaşlara müraciət edilir ki, onlar da boykotçuların bu qeyri-sağlam, pozuculuq fəaliyyətinə qoşulsun, şəhərin digər yerlərindəki seçki elanlarını cırıb atsınlar. Bu açıq-aşkar insanları qeyri-qanuni əməllərə, qanunvericliyi pozmağa çağırış və təhrikdir.

Boykotçuların qeyri-sağlam mübarizə metodunda diqqət çəkən ikinci bir məqam onların mübarizəsinin hakimiyyətlə deyil, ümumilikdə dövlətçilik, Azərbaycanla olmasıdır. Əgər radikalların əsas mübarizəsi hakimiyyətlə olsaydı, o zaman prezident seçkilərində iştirak edib hakimiyyətə gəlmək barədə düşünərdilər. Hazırkı situasiyada biz bunun əksini gördüyümüzdən, deməli burada əsas məqsəd hakimiyyət deyil, Azərbaycana. Dövlətçiliyə qarşı mübarizə aparmaqdır. Onun uğurlu inkişaf yoluna kölgə salmaq, dünyada Azərbaycanın imicini, azərbaycanlı adını ləkələməkdir. Elə boykotçuların sosial şəbəkələrdə yaratdığı qruplara Azərbaycan, Made in Azerbaijan adı qoymaları və həmin qruplarda bütün eybəcərliklərə yol vermələri də deyilənləri təsdiqləyir. Göründüyü kimi radikallar Azərbaycanın adına ləkə gətirmək, onun imicinə zərbə vurmaq üçün bütün eybəcərliklərə əl atırlar. Əslində onlardan bundan artıq nəsə gözləməyə də dəyməz. Onları dünyaya gətirən, döyüdüb boya-başa çatdıran valideynlərinin belə qədrini bilməyən, öz rahat həyatları üçün ata-analarını belə oyun qurbanına çevirən bu kimi şəxslər üçün nəinki Azərbaycan dəyəri, heç valideyn dəyəri belə qalmayıb. Bu günlərdə sosial şəbəkələrdə yayılan yazışma da bunu təsdiqləyir. Belə ki, hazırda Fransada özünə sığınacaq tapan radikalların Avropadakı gənclərindən biri anası ilə vatsap yazışmasında ona canlı yayına çıxmağı və ağlayaraq kömək istəməyi xahiş edir və bildirir ki. anası bunu bacarsa asanlıqla Fransa pasportunu əldə edə biləcək. Göründüyü kimi bu kimi şəxslərdə heç bir dəyər qalmayıb və öz şəxsi mənfəətləri üçün hər bir şeydən, ata=anadan belə imtina edib istəklərini reallaşdırarlar.

Boykotçuların digər bir fəaliyyət istiqaməti vətəndaşlar arasında qarşıdurma yaratmaq cəhdidir. Belə ki, sosial şəbəkələrdə dövlətçilik, xalq mövqeyindən çıxış edən şəxsləri, istər siyasətçi, istər iqtisadçı, istərsə də vətəndaş cəmiyyəti nümayəndəsi və gənc olsun, hər kəsi öz səviyyələrinə uyğun olaraq aşağılayan, təhqir edən bu qüvvələr bununla açıq-aşkar ölkədə vətəndaş qarşıdurması, xaos yaratmağa cəhd göstərirlər. Çalışırlar ki, Azərbaycan vətəndaşları arasında nifaq toxumu səpsinlər.

Radikalların və onların həm burada, həm də Avropada olan tərəfdarlarının pozuculuq, anarxist hərəkətləri, onlar kimi düşünməyənləri aşağılamaq, təhqir etmək cəhdləri haqlı narazılıqlar yaradır. Xüsusilə vətəndaş cəmiyyəti nümayəndələri buna öz etirazlarını bilrirlər. Azərbaycan Valideyn Müəllim Assosiasiyasının sədri Şahin Rəcəb deyir ki, xaricdən oturub burda guya "inqilabçılıq" edən, "özünü tanıtım" aksiyaları keçirən, bezdirici "videodanışıqlar" aparan, erməniyə az qala qanı bir qardaş olduqlarını "nümayiş" etdirənlər Azərbaycanın inkişafını, onun yüksəlişini istəməyənlərdir. Şahin Rəcəb hesab edir ki, bu kimi şəxslərə qarşı lazımı ölçü götürmək zəruridir: "Dövlət atributlarını və maraqlarını belə merkantil maraqlarına qurban verən, illərlə Azərbaycanda olmayıb "kanalizasiya, su, zibil qutusu, pensiya, sosial problemlər, ev sökülməsi, din, səhiyyə, intihar" və sair məsələlər üzrə "püxtələşmiş" gənc "akademiklərin", "özlərini xalq vəkilləri" elan etmişlərin, "əməkləri" müqabilində Avropada yaşıl işıq, xarici pasport, vətəndaşlıq, nəhayət "tükənən layihələrdən səbirsizliklə para" gözləyən, artıq mövzu tapmayan, bariton səslə bağıran üzdəniraqlarla bağlı bir çıxış yolu var. Onların "istehsal etdikləri videoları", "ekspert" müsahibələrini, "millətə ünvanladıqları söyüşləri, təhqirlərini" boykot və şikayət etmək. Onların yazılarını "paylaşan" dostları və dostlarının dostlarını silmək, blok etmək. Vallah bu yolla, başınızın ağrısı keçəcək, təzyiqiniz normaya düşəcək, bezdirici "gərginliklərdən" , "əlavə stresslərdən", həyəcandan azad olacaqsız, onların təhqirlərinə mədəni və məntiqli cavaba gedən "enerjiniz və itirilən vaxtınız" özünüzə qalacaq. Çox rahat olacaqsız. Gəlin sadəcə onları "boykot" edək ki, bizim geniş kütləvi səhifələrimizdən çox pul alıb " az əməklə," avaraçılıqla" belə asan formada qazana bilməsinlər. Ciddi və faydalı işlərlə məşğul olmaq lazımdır, cəfəngiyyatla yox".

"XXI əsr Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova da boykotçuların təhqirlərə yol vermələrindən gileylənib: "Onlar Azərbaycan qadınlarına qarşı təhqir dolu sözlər yazaraq onların şərəf və ləyaqətlərinı alçadır. Bunlar o qədər alçaq, şərəfsiz, abirsiz və həyasizdır ki, yazdıqları statusa munasibət bildirən qadinlari belə kuçə söyüşləri ilə təhqir edib susdurmaq istəyirlər. Amma onların arzuları ürəklərində qalacaq". Mahirə Əmirhüseynova deyib ki, Azərbaycan dövlətini və prezidentini müdafiə edən qadınlar həmin şərəfsizlər tərəfindən çox pis təhqirlərə məruz qalırlıar: "Mən müvafiq orqanlarımıza müraciət edirəm. Bu şərəfsizlərə və saxta profil açıb təhqir edənlərə qarşı lazımi tədbirlər görəsiz. Avropadaki orqanlara da müraciət edilməlidir ki, onlar barəsində tədbirlər görsünlər. Bir çox müxalif səhifələrdə də qadınlara qarşı təhqiredici sözlər yazırlar. Amma buna baxmayaraq səhvə adminləri təhqirlərə göz yumurlar, qadınların təhqir olunmasına heç bir münasibət bildirmirlər. Qadınlarımız onların statuslarına tənqidi sözlər yazanda isə həmin fikirlər dərhal silinir. Düşünürəm ki, bununla bağlı tədbir görülməlidir. İmkan verilməməlidir ki, Azərbaycan qadınları təhqir olunsun. Azərbaycan Respublikası Konstitusiyasınının 46-cı maddəsinin (şərəf və ləyaqətin müdafiəsi hüququ) II-ci bəndində də qeyd olunur ki, "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz".

Yeni Azərbaycan Partiyasının üzvü Aygün Osmanova da Uzun illərdir ki, radikal müxalifət və onlara xidmət edən bəzi gənclərin sosial şəbəkələrdəki fəaliyyəti onlar kimi düşünməyən, Vətənini, millətini, dövlətini sevən şəxsləri təhqir etmək, onları aşağılamaq üzərində qurulub. Prezident seçkiləri ərəfəsində radikalların bu qeyri-etik fəaliyyət növü bir qədər də intensivləşib. Belə ki, radikal düşərgəyə yaxınlığı ilə seçilən bəzi sosial şəbəkə istifadəçiləri öz profillərində dövlətçiliyə xidmət edən gəncləri it sürüsü adıandırıb. Təbii ki, bu da ölkənin çoxminli gənclər ordusu, ictimai-siyasi fəallar, dövlətçiliyə bağlı olan şəxslər tərəfindən ciddi etirazla qarşılanıb. Yeni Azərbaycan Partiyasının üzvü Aygün Osmanova da radikalların sosial şəbəkələrdə dövlətçiliyə xidmət edən gəncləri, xanımları təhqir etməsini sərt şəkildə pisləyib. O qeyd edib ki, bu kimi fəaliyyətlər ilk növbədə radikal müxalifət və onların tərəfdarlarının hansı səviyyədə olduğunu ortaya qoyur: "adı olub, fəaliyyəti nəzərə çarpmayan, hər zaman məğlub duruma düşən müxalifət və onun liderləri, ətrafına yığdığı satqın yığınına insanlarla hörmətlə, mərifətlə ünsiyyət qurmağı niyə öyrətmirlər? Saxta profillərlə, səhifələrlə sosial şəbəkələrdə Azərbaycan gənclərini təhqir edir, onlara şərəfsiz it sürüsü deyirlər. Amma o satqınlar anlamırlar ki, Azərbaycan gəncləri birləşib şərəfsiz sözünə görə onların cavab vermələrini tələb etsə, Avropa deyil, düşmən ölkə belə onları qəbul etməz. O satqınların Azərbaycan sözünü dillərinə gətirmələri haramdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31