Bəzi avropalı parlamentarilərin Ermənistanın işğalçılığına dəstək siyasəti

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, tutduğu mövqeyə görə dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biridir. Bu faktoru Avropaya da şamil etmək olar. Xüsusilə nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan xüsusi rola malikdir, o zaman qoca qitəınin ölkəmizə olan marağı başadüşüləndir. Günümüzdə Azərbaycan Avropanın siyasi təsisatları ilə də sıx əlaqələr qurub. Avropa Şurası, bu qurumun Parlament Assambleyası, Avropa Komissiyası, Avropa Parlamenti, AvroNest Parlament Assambleyası NATO hərbi bloku və s. qurumlarla qurulan əlaqələr bunun əyani sübutudur. Sevindirici hal ondan ibarətdir ki, bütün Avropa təsisatları Dağlıq Qarabağ problem ilə bağlı məsələdə Azərbaycanın ərazi bütvlüyünə hörmətlə yanaşır.

Belə hallar Avropa Parlamentinin ədalətli və tərəfsiz mövqeyinə şübhə salır, onun nüfuzuna ləkə gətirir

Azərbaycan yerləşdiyi coğrafiyada oynadığı rol, tutduğu mövqeyə görə dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələrdən biridir. Bu faktoru Avropaya da şamil etmək olar. Xüsusilə nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan xüsusi rola malikdir, o zaman qoca qitəınin ölkəmizə olan marağı başadüşüləndir. Günümüzdə Azərbaycan Avropanın siyasi təsisatları ilə də sıx əlaqələr qurub. Avropa Şurası, bu qurumun Parlament Assambleyası, Avropa Komissiyası, Avropa Parlamenti, AvroNest Parlament Assambleyası NATO hərbi bloku və s. qurumlarla qurulan əlaqələr bunun əyani sübutudur. Sevindirici hal ondan ibarətdir ki, bütün Avropa təsisatları Dağlıq Qarabağ problem ilə bağlı məsələdə Azərbaycanın ərazi bütvlüyünə hörmətlə yanaşır. Bütün nüfuzlu beynəlxalq təşkilatlar kimi Avropa Parlamenti də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini vacib sayır. Avropa Parlamenti özünün icra etdiyi "Şərq tərəfdaşlığı" Proqramında iştirak edən bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması kimi dəyərləndirir. Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ətraf 7 rayondan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində vurğulandığı kimi silahlı qüvvələrini dərhal və qeyri-şərtsiz olaraq çıxartmalıdır.

Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirməsi bizi hər zaman sevindirir. Lakin təəssüf doğuran haldır ki, hələ də Ermənistan heç bir beynəlxalq qurumun tələblərinə əməl etməyərək işğalçılıq siyasətini davam etdirir. Bunun səbəblərindən biri də budur ki, bəzi dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri erməni lobbisinin təsiri ilə münaqişədə gərginliyi artırmasına xidmət edən addımlar atırlar. Təəssüflər olsun ki, bəzən belə hərəkətlərin iştirakçıları arasında Avropa Parlamentinin üzvü olan şəxsləri də görürük. Belə ki, 27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı konfrans keçirməyi planlaşdırmaqları və bu tədbirə "Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian federation for Justice and Democracy" adlı erməni lobbi təşkilatlarının sponsorluq etməsi göstərir ki, həmin parlamentarilər beynəlxalq hüququn aliliyi prinsiplərini unudaraq, şəxsi mənfəət və maraqları prizmasından olaylara yanaşmaqdadırlar. Məsələ ilə bağlı etiraz bəyanatı yayan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bildirir ki, Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasinin bu ilin yanvar ayında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərinə səfər etməsi və qondarma qurumun təmsilçiləri ilə görüşmələri münaqişənin həllinə yardım etmək yox, işğalçı tərəfə haqq qazandırmaq, onların işğalçılıq siyasətinə dəstək verməkdir.

Bu konfransdan cəmi bir gün sonra, 28 fevral 2018-ci ildə Avropa Parlamentinin binasında (European Parliament - Room Jan 6Q2) yenidən Avropa Parlamenti üzvü Frank Engelin təşkilatçılığı ilə "Dağlıq Qarabağ və Avropaİttifaqı: 1988-2018" mövzusunda tədbirin keçirilməsi (The Armenian General Benevolent Union, European frends of Armenia təşkilatının sponsorluğu ilə) göstərir ki, bu Azərbaycana qarşı düşünülmüş total bir hücumdur. Təəssüf ki, bəzi Avropa parlamentariləri beynəlxalq hüququn prinsiplərinin pozulmasına nəinki laqeyd qalır, əksinə qərəzli mövqe nümayiş etdirərək Ermənistanın aqressiyasına haqq qazandırırlar. Belə hallar Avropa Parlamentinin ədalətli və tərəfsiz mövqeyinə şübhə salır, onun nüfuzuna ləkə gətirir, etibarsızlaşdırır: "Azərbaycan vətəndaş cəmiyyəti institutu olaraq ümid edirik ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi bütün qərarların gerçək olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyi artıra biləcək, münaqişələri qızışdıran bu cür provakativ tədbirlərin keçirilməsinə icazə verməyəcəkdir. Ümid edirik ki, erməni lobbisinin təsiri altında olan həmin parlamentarilər Sizlər tərəfindən də qınaq obyektinə çevrilərək yanlış addımdan çəkindiriləcəklər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31