Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə yeni istehsal və emal müəssisələrinin açılmasını təmin edir

Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni istehsal və emal müəssisələri açılır ki, bu da bölgə sakinlərinin rifah halının yüksəlməsinə xidmət edir. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət çərçivəsində isə regionlarda sənaye məhəllələri və aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Zərdabda yem emal müəssisəsi açılıb.

Ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində yeni istehsal və emal müəssisələri açılır ki, bu da bölgə sakinlərinin rifah halının yüksəlməsinə xidmət edir. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət çərçivəsində isə regionlarda sənaye məhəllələri və aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Zərdabda yem emal müəssisəsi açılıb. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Zərdab rayonunun Gəlmə kəndində tikilmiş yem emalı müəssisəsi fəaliyyətə başlayıb. Qeyd edək ki, müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar müsbət dəyərləndirilir. Artıq ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən hesab olunur. Nazir müavini qeyd edib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Zərdab rayonunun Gəlmə kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdən biridir. Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiz Rüstəmov yem emalı müəssisəsinin istifadəyə verilməsinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşı Rendal Osen də görülən işləri yüksək dəyərləndirib. Belə layihələrin regionların inkişafına töhfə olduğunu bildirib.
Bu arada Hacıqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir. Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Artıq "ATEF Sənaye Kompleksi" MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib. Sənaye məhəllələrinin yaradılmasının bölgələrin inkişafı ilə əlaqələndirən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Sahibkarlığın inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan Niyazi Səfərov digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturun dövlət tərəfindən yaradılacağını diqqətə çatdırıb. Niyazi Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Hacıqabul Sənaye Məhəlləsi ilə sıx əməkdaşlığa dəvət edib.Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Respublikası Prezidentinin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, Hacıqabul Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev regionlarda özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyətindən danışıb, Hacıqabul Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Bildirilib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m² olan 4 istehsal sahəsi, 937,8 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Hacıqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.
Yeri gəlmişkən xatırladaq ki, cəbhə bölgəsində və işğaldan azad olunmuş Azərbaycan ərazilərdə də sosial və iqtisadi layihələr reallaşdırlır. Məlumat üçün qeyd edək ki, Türkiyə şirkətləri Azərbaycanla birlikdə Cocuq Mərcanlıda layihələr həyata keçirəcək. Türkiyə tərəfi burada arıçılıq, heyvandarlıq, kiçik istixana təsərrüfatı və suvenir istehsalı sahələrini əhatə edən layihələr reallaşdırmaq niyyətindədir. Azərbaycanla birgə həyata keçiriləcək layihəyə uyğun olaraq, Cucuq Mərcanlıda 15 ailə üçün arıçılıq təsərrüfatı yaradılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Birgə layihə çərçivəsində həmçinin, 150 başlıq südçülük təsərrüfatının yaradılması da nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən, Cocuq Mərcanlıda 15 kiçik həcmli istixana qurulacaq və damcı suvarma sistemləri ilə təmin ediləcək, toxum, ştil və s. alınmasında dəstək göstəriləcək, ailələrə təlimlər keçiriləcək. İstixana təsərrüfatlarında kənd əhalisinin məşğulluğu təmin olunacaq, kənd əhalisinin bir sıra tərəvəz məhsullarına olan ehtiyacı yerli imkanlar hesabına ödəniləcək. Bundan başqa, birgə layihə çərçivəsində suvenir istehsalı təşkil olunacaq ki, burada keramika və müxtəlif oyuncaqlar hazırlanacaq. Birgə layihənin reallaşdırılması nəticəsində istehsal olunan bütün məhsullar "Cocuq Mərcanlı" loqosu ilə satışa çıxarılacaq. İqtisadiyyat naziri Şahin Mustafayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşündə bildirilib ki, Azərbaycan qardaş Türkiyənin Cocuq Mərcanlı kəndində birgə layihə həyata keçirmək təşəbbüsünü bəyənir və layihənin reallaşdırılmasına hər cür dəstək göstərəcək. Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin yeni həyat bəxş etdiyi Cocuq Mərcanlıya göstərilən diqqətə görə Türkiyə tərəfinə minnətdarlıq edib və birgə layihənin Cocuq Mərcanlının inkişafında, kənd sakinlərinin məşğulluğunun təmin edilməsində və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətlı olacağını, Azərbaycan tərəfindən layihəyə hər cür dəstək göstəriləcəyini vurğulayıb.
Bundan başqa, Salyanda güzəştli kreditlərdən istifadə etməklə aqropark və istixana kompleksi yaradılır. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Artıq Fond tərəfindən sahibkarlara Salyan rayonunun iqtisadi potensialına uyğun olaraq, istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarlara verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələrin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 milyon manat güzəştli kredit verilib. Salyan rayonunda isə indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 343 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Salyan rayonunda yaradılır. 3000 hektar ərazidə iri fermer təsərrüfatının və 2000 başlıq ətlik istiqamətli cins heyvandarlıq kompleksinın daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31