Yaşlıların test uğursuzluğu...

Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanın nəticələri bəlli olub. DİM imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb. Məlumata görə, qeydiyyatdan keçən namizədlərin 970 nəfəri kişi, 567 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər, qadınlar üzrə isə 512 nəfər 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib. Xatırladaq ki, dövlət qulluğuna qəbulla bağlı 2000-dən çox vakansiya elan olunmasına baxmayaraq imtahanda iştirak etmək üçün qeydiyyatdan cəmi 1537 namizəd keçib. Maraqlıdır, dövlət qulluğunda çalışmaq istəyənlərin sayının azalmasına hansı amillər təsir göstərir?

Dövlət qulluğuna qəbulda bir nəfər imtahanı uğurla keçib

Əvvala xatırladaq ki, əvvəlki illərdən fərqli olaraq dövlət qulluğuna qəbulun formatında bir sıra dəyişiklik edilib. Buna baxmayaraq, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna qəbul imtahanına müraciətlərin azlığından təəccübləndiyini bildirib. M.Abbaszadə dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayının (1537 nəfər) gözləntiləri doğrultmadığını deyib: "Bu rəqəm gözləntilərdən dəfələrlə aşağıdır. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur". Ekspertlər hesab edirlər ki, gənclərin dövlət qulluğuna qəbul imtahanlarına maraqlarının azalması bir sıra obyektiv və subyektiv səbələrlə bağlıdır. Belə ki, bunun ilk səbəbi universitetlərdə verilən təhsilin səviyyəsi ilə bağlıdır. Elə vəziyyət yaranıb ki, dövlət qulluğunda işləmək üçün imtahanlarda iştirak edən şəxslərin təxminən 80 faizi kənarda qalır. Keçid ballarının aşağı salınmasına baxmayaraq, vəzifəyə uyğun bilinənlər təxminən 20-30 faiz arası olur. İmtahan iştirakçılarının zəif nəticə göstərməsinin əsas problemi təhsil sistemində, əsasən də universitetlərdə bilik meyarının aşağı olmasıdır. Bu isə onu deməyə əsas verir ki, ali məktəblərdə verilən təhsil əmək bazarının tələbləri səviyyəsində deyil. Məhz bu səbədən hətta kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr məzun olduqdan sonra zəifləyir, dövlət qulluğuna qəbul üçün komissiyaya müraciət etmirlər. Digər bir səbəb test imtahanını keçdikdən sonra belə, müsahibə mərhələsində kənar təsirlərin olması müraciət edənlərdə inamı azaldır. Yəni, test imtahanından yüksək bal toplayan namizəd müsahibə mərhələsindən keçə bilmir. Əgər test imtahanından keçən yüz namizəddən cəmi onu müsahibə mərhələsinə buraxılırsa, onlardan da beşi bu mərhələni adlayırsa, deməli, gənclərib bütün əzab-əziyyətləri hədər getmiş olur. Növbəti imtahanı gözləmək isə vaxt itgisindən başqa bir şey deyil. Digər bir və bəlkə də ən vacib nüans odur ki, dövlət idarələrində əməkhaqqının aşağı, iş saatının çox və ağır olmasıdır. Bu gün özəl və xidmət sektorunda daha çox əməkhaqqı və gəlir əldə etmək mümkündür. Yəni gənclər baxırlar ki, ticarətdə, biznesdə pul çoxdur, ora can atırlar. Daha bir səbəb dövlət qulluğuna imtahanlarda iştirak etmək üçün tələb olunan imtahan pulu - xidmət haqqı yuxarı olmasıdır. 70-110 manat verib uğursuz nəticə əldə etmək təhlükəsinə görə gənclər imtahanlarda iştirak etmək istəmirlər. Yaranmış vəziyyəti şərh edən millət vəkili, Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki, dövlət qulluğuna qəbulla bağlı müraciətlərin azlığının Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə heç bir bağlılığı olmadığını bildirdi: "Dövlət İmtahan Mərkəzi ən şəffaf işləyən qurumlardan biridir. Bu qurumun fəaliyyəti standartlara əməl etməsi ilə seçilir. DİM Milli Məclisə daim məlumatlarını göndərir, hesabat təqdim edir. DİM obyektiv imtahan götürür. İmtahanların birinci mərhələsi ilə bağlı heç bir şübhə ola bilməz. Problem imtahanların ikinci mərhələsində, şifahi sorğu mərhələsində yaranır. Çünki bu mərhələdə hər qurum öz korporativ maraqlarından çıxış edir. Dövlət qulluğuna imtahanların birinci mərhələsindən keçən, yüksək bal toplayan şəxslər ikinci mərhələdən keçə bilmir. Vakant yerlər təqdim etmiş qurumlar kimi əvvəlcədən planlaşdırıbsa, onu da işə götürür. İkinci mərhələdə nəzarət mexanizmi olmadığından qurumlar istədikləri kimi hərəkət edir. Ona görə də həqiqi savadlı, bilikli şəxslər kənarda qalır. İşə götürənlərin korporativ maraqlara xidmət etməsi səbəbindən imtahanlara güvənsizlik yaranır. Burada DİM ilə bağlı heç bir məsələ yoxdur". Millət vəkili hesab edir ki, vəziyyəti düzəltməyin yolu DİM-nə imtahanlarda lazımi nəticəni əldə etmiş şəxsləri birbaşa vakant vəzifələrə yerləşdirməkdən keçir: "İşçilərin qəbulu qurumların istəyi ilə icra olunmamalıdır. İmtahanlarda müvafiq balı toplayanlar DİM tərəfindən aidiyyəti qurumlara işə göndərilməlidir. Artıq burada işçiyə 2-3 aylıq sınaq müddəti təyin etmək və onun işin öhdəsindən necə gəldiyini müşahidə etmək olar. Belə hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanlarında ikinci mərhələyə ehtiyac yoxdur. Çünki bu mərhələdə qurumlar şəxsi, korporativ maraqlardan çıxış edirlər. Bu da bir çox həqiqi savadlı insanın kənarda qalmasına və inamsızlığa uğramasına səbəb olur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31