Gündəm
Usubov və Qaralov avtoritetləri qəbul etmədi – İmtina
Ötən gün Rusiyanın Kaluqa həbsxanasında cəza çəkən azərbaycanlı kriminal avtoritetlər Ruslan Nəzərli (Bərdəli Ruslan) və onun qardaşı Dadaş Nəzərli (Bərdəli Dadaş) hakim önünə çıxarılıb.
Mənsum İbrahimov Aygün-Röya QALMAQALINDAN DANIŞDI
"Bütün Azərbaycan bilir ki, Röyanı dəstəkləyirəm" Xalq artisti Mənsum İbrahimov əməkdar artistlər Röya Ayxan və Aygün Bəylər arasında yaşanan qalmaqala münasibət bildirib. Sənətkar açıqlamasında hər iki sənətçini barışığa çağırıb və belə qalmaqalların sənətə yaraşmadığını deyib: "Belə qalmaqallar sənət aləminə yaraşmaz. Bunlar xalqın gözündə nümunəvi insanlardır, ikisi də gözəl sənətkardır. Bütün Azərbaycan bilir ki, Röyanı çox istəyirəm, hər zaman da onu dəstəkləyirəm. Hər ikisi respublikanın əməkdar artistləridir. Aygünün də xətrini çox istəyirəm, sənətini sevirəm. Bəzən insan emosional olur, mətbuatda da bəzi adamlar bunu şişirdirlər".
Atanın stressi uşaqlarda şizofreniya xəstəliyinə səbəb ola bilər
ABŞ-ın Merilend ştatındakı universitetin alim-neyroloqu Treysi Beyli stressin insan orqanizminə təsirinə aid yeni tədqiqatı təqdim edib. Araşdırma nəticələrinə əsasən, atanın stressi sonradan övladında müəyyən xəstəliklərin yaranmasına səbəb olur.
Təsadüfən nəsli kəsilməkdə olan vaşağın fotosunu çəkdi
Türkiyədə vəhşi təbiətə aid şəkillər çəkməklə məşhurlaşan fotoqraf Hüseyn Narin dünyada və Türkiyədə nəsli kəsilmək üzrə olan, birinci dərəcəli qoruma altında saxlanılan vaşaqların görüntüsünü yayıb. Məlumata görə, fotoqraf meşənin içindən keçən dərədə 2 vaşağın şəklini çəkməsinin tamamilə təsadüf olduğunu söyləyib. Belə ki, fotoqraf dağ keçilərini çəkmək məqsədilə ora gedib. Elə bu zaman pusquya yatan iki vaşaq görüb.
"Neftçi"nin yeni idman direktoru
"Seçimə indidən başlamaq lazımdır. Komandanı formalaşdırmaq üçün qarşımda 3 ay vaxt var. Çalışacağam ki, bu 3 ay ərzində hansısa ölkələrdən mənə təklif olunan futbolçuları üç gözümlə görüm. Ondan sonra isə qərarlarımı verəcəyəm".
Putinin qərargahına hücum edildi
Qeydə alınmamış Başqa Rusiya Partiyasının fəalları Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqdakı seçki qərargahının eyvanına “fləşfayer”lər (pirotexniki siqnal vasitəsi) atıblar.
YAP İlham Əliyev üçün imzatoplama kampaniyasını yekunlaşdırdı
Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi imzatoplama kampaniyasını başa çatdırıb. “Olaylar” xəbər verir ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanab.
Rusiya “Müller siyahısı”na cavab hazırlayır
Moskva “Müller siyahısı”na qarşı cavab addımları atacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun sözlərinə görə, artıq bəzi şəxslərin Rusiyaya girişi yasaqlanıb.
Deputat: Xocalı qətliamı baş verməyə bilərdi
Türkiyədə heyvanlara pasport veriləcək
Türkiyədə Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyinin göstərişi əsasında heyvanların pasportlaşdırılması prosesinə başlanılacaq. Bu barədə “Resmi Gazete”nin saytında məlumat yayılıb. Məlumata görə, müvafiq sənədlər bütün təkdırnaqlı heyvanlara, o cümlədən atlara, uzunqulaqlara və s.veriləcək.
DGKA-nın tələbələri "Liderlik məktəbi" layihəsində iştirak ediblər
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən "10-cu Qış liderlik məktəbi" layihəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) yeddi tələbəsi iştirak edib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin 1 və 2-ci kurs tələbələrinin qatıldığı altı günlük layihə Yubiley - "Liderlik məktəbi" adı altında həyata keçirilib.
Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində maraqla qarşılanır
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisi davam edir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hər il 95 min insanın ziyarət etdiyi sərgidə Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır.
Azərbaycanlı idmançı dopinqə görə cəzalandırıldı
Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib. Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, yüngül atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyeva 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.
DƏHŞƏTLİ CİNAYƏT: 5-ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü
Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.














