Gündəm

Gərginlik artır: NATO qırıcıları Afrinə girəcəkmi?

21 Fevral 2018 17:15

Türkiyə Afrində YPG-yə qarşı apardığı əməliyyatları dayandırmalı və bölgədən çəkilməlidir. Bu sözləri kansler Angela Merkelin rəhbərlik etdiyi Almaniya Xristian-Demokratlar İttifaqının xarici siyasət üzrə müşaviri Yürgen Hardt deyib.

Azərbaycanda müəllim sevdiyi qıza elə bir evlilik təklifi etdi ki...

21 Fevral 2018 17:10

Maraqlı ideyaları, tədris prosesi və təhsilə qatdığı müasir fikirləri ilə tanınan gənc müəllim Vüqar Hüseynov maraqlı video paylaşıb. Görüntülərdə gənc müəllim öz sevdiyi xanım olan Ülkərə evlilik təklif edib.

Türkiyə ən müasir tank hazırlayır – Ərdoğandan anons

21 Fevral 2018 17:05

Bu pis qonşular bizi nəhayət ki, silahlı və silahsız PUA sahibi etdilər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu adi bir hadisə deyil, onları özümüz istehsal etməsək, PUA-lardan biri vurulanda nə olacağını düşünməyə məcbur qalacaqdıq. İndi isə vursanız da fərqi yoxdur.

Qaloşla efirə qaçıb gələn qadının taleyi eşidənləri DƏHŞƏTƏ GƏTİRDİ - Sən kişisənmi? - VİDEO

21 Fevral 2018 17:01

Bu gün "Səni axtarıram"da ilginc olay baş verib. Başqa qadınla görüşüb, sonra uşaqlarının yanında əri tərəfindən alçaldılan qadın qaloşla Bakının Sulutəpə qəsəbəsindən Xoşqədəmin verilişinə gələrək yaşadıqlarını danışıb.

Heydər Əliyev Mərkəzində - "Beynəlxalq ana dili" günü tədbiri keçirilib 

21 Fevral 2018 16:58

149 saylı Ağdam köçkün tam orta məktəbi Yasamal rayonu Heydər Əliyev Mərkəzində "Beynəlxalq ana dili" günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru açaraq bildirib ki, Heydər Əliyev irsini gənc nəslə öyrədilməsində və təlim tərbiyəsində məktəblərin mərkəzlə əməkdaşlıq etməsi təqdirəlayiqdir. Tədbirdə məktəblilər ana dili, vətənə həsr edilmiş şeir və kompozisiyalar söyləyiblər. Tədbirin sonunda məktəbin direktoru Arzu Hüseyn çıxış edərək əməkdaşlığa görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib.

Əsgər qadın orduda təcavüzə uğradığını etiraf etdi- "Artıq susmayacağam"

21 Fevral 2018 16:57

İngilis ordusunun əsgəri maraqlı açıqlaması ilə yadda qalıb. 12 ildir orduda xidmət edən Barbie ləqəbli əsgər cinsiyyətçi hücumlar yaşadığını etiraf edib. Əlavə olaraq da "artıq susmayacağam, bütün həqiqətləri danışacağam" sözlərini işlədib. O, bu illər ərzində cəhənnəm əzabı yaşadığını bildirib və kəskin şəkildə buna etiraz edib.

70-ə yaxın qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

21 Fevral 2018 16:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

İranda şok yazı: “Afrin Kərbəlaya bənzəyir”

21 Fevral 2018 16:37

İranda Prezident Həsən Ruhaniyə yaxınlığı ilə tanınan “Şərq” qəzetində Türkiyə və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan əleyhinə yazı dərc olunub. Saleh Nikbəxt imzası ilə dərc edilən yazı “Şərq” qəzetinin ilk səhifəsində oxuculara təqdim edilib.

Ən çirkin balıq Avstraliyada tutuldu

21 Fevral 2018 16:28

Avstraliyada alimlər elmi araşdırmalar zamanı dənizin dibində yaşayan yüzdən çox balıq növünü kəşf ediblər. Məlumata görə, Avstraliyanın şərq sahillərində gəmidə bir ay keçirdikdən sonra alimlər 5 kilometr dərinlikdə 4200-ə qədər balıq və onurğasız heyvanla rastlaşıblar. Bunların bəziləri potensial olaraq yeni növlərə aid idi və araşdırma tələb edirdi.

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb

21 Fevral 2018 16:25

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi başlanıb. Məlumata görə, faktla bağlı Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə məsuliyyət daşıyan şəxslərin ifadələrinin alınması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.   

BP: "Şahdəniz-2" layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb

21 Fevral 2018 16:23

"Şahdəniz-2" layihəsi üzrə qurudakı əməliyyatlarla bağlı görülən tikinti işləri 100% bitib. Məlumata görə, bunu BP-nin "Şahdəniz-2" layihəsi üzrə baş meneceri Rəhman Rəhmanov bildirib. Onun sözlərinə görə, bu günə qədər terminalın tikintisində 9 500 nəfər işləyib. Hazırda ərazidə 1500 nəfə işçi çalışır. R. Rəhmanov deyib ki, tikinti zamanı 134 km boru kəməri sistemləri, 19000 ton metal konstruksiyadan istifadə edilib. Ərazidə hər birinin ölçüsü 250 min barel olan iki çən tikilib.

Ermənistan-Azərbaycan oyununun vaxtı dəqiqləşib

21 Fevral 2018 16:19

Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyində oyunlarının vaxtı dəqiqləşib. Məlumata görə, Elşən Yusubovun rəhbərlik etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək. Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.

Elçin Mirzəbəyli: “Xocalı ilə bağlı Ərdoğanın fikirləri çox önəmlidir"

21 Fevral 2018 16:17

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında Xocalı soyqırımı haqqında çıxış etməsini və bu qətliamı pisləməsini təbii qəbul edirəm. Çünki Azərbaycan Türkiyənin, Türkiyədə hər zaman Azərbaycanın yanındadır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Ermənilərdən Fuad Abbasova qarşı şok təxribat

21 Fevral 2018 16:08

Moskvada yaşayan, Azərbaycanın və qardaş Türkiyənin maraqlarını müdafiə edən telejurnalist Fuad Abbasov ciddi erməni təzyiqi ilə üzləşib.  Fuad Abbasov şaxtalı fevral günlərində mənzilini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Jurnalist bunun qəsdən törədilmiş təxribat olduğunu bildirir və əmin edir ki, bu, onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.