Gündəm
Ərdoğanın əmri icra edilir: Məkkəyə açılan qapı...
Afrikanın Məkkəyə açılan qapısı olaraq tanınan Sevakin adasında restavrasiya işlərinə başlanılıb. Bu barədə Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu danışıb. “Bu qapının bağlanmasına könlümüz razı deyildi.
Rəqsanə Cini məhkəməyə verir
Müğənni Rəqsanə İsmayılova onun mahnılarını oxuyan sənətçiləri məhkəməyə verəcək. Sənətçi bu haqda İnstaqramda canlı yayıma girərkən deyib. O bildirib ki, mahnılarını oxuyanlar ondan icazə almırlar: "Çıxıb dədələrinin mahnısı kimi oxuyurlar. Heç olmasa, adama zəng vurub icazə alsınlar. Moskvada olsam belə nömrələrim açıqdır. Heç olmasa efirdə oxuyanda desinlər ki, Rəqsanənin mahnısıdır.
Gənc azərbaycanlı şair şəhidin xanımını TƏHQİR ETDİ – FOTO
Gənc şair, tarix müəllimi Emin Pirinin statusu sosial şəbəkədə birmənalı qarşılanmayıb. O, 30 iyun tarixinin Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunmasına qarşı çıxıb. Emin Piri bu hadisəni biabırçılıq adlandırıb: “30 iyun geydirmə sevgi söhbətini kim çıxarıb? Ümumiyyətlə, o qadını orda niyə basdırıblar? Bu biabırçılıqdı”. Beləliklə təhqir və tənqid edilməyi gözə alıb, məşhurlaşmaq üçün dəyərləri, inancları təhqir edənlər sırasına Emin Piri də qatıldı.
Ukrayna: Rusiya 50 ildən tez süqut edəcək
Rusiya 50 il ərzində süqut edəcək. Bunu UMN televiziyasına müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko söyləyib.
ABŞ-dan məxfi görüş təklifi: İran niyə imtina etdi?
ABŞ İranla arasındakı fikir ayrılığının sona çatması üçün Tehrana neytral ərazilərdə birbaşa danışıqlar keçirməyi təklif edib. Bu barədə informasiyanı Küveytin “Al Jarida” qəzeti yayıb. Amerikalılar danışıqlar üçün Omanın paytaxtı Maskat və İsveçrənin Cenevrə şəhərini təklif ediblər.
Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - Mərkəzi Bankdan CAVAB
"Yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların da rolu var. Bu pullar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər". Bunu Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyib.
Politoloqdan Qarabağda müharibə xəbərdarlığı – “Seçkilərdən sonra başlaya bilər”
Sürüşmə zonasındakı sakinlərə verilən kirayə haqqı məlum olub
Dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı veriləcək. Bunu Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib. Onun sözlərinə görə, ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi səkkiz nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub:
Bu da Mədət Quliyevin yeni doğulan qızı Umayra - YENİ FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev bu gün 3-cü dəfə ata olub. Aparıcı Zəhra Quliyeva ilə ailəli olan M.Quliyevin qızı dünyaya gəlib.
“Bu eşq günah olsa da, qəbul edirəm” - İlqarə
Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə sosial şəbəkədə yeni fotosunu paylaşıb. Məlumatına görə, sənətçi saçlarını kəsdirib. İlqarənin son günlər fotolarına yazdığı romantik statuslar diqqət çəkib. O, sözügedən şəklinə "Bu eşq günah olsa da, qəbul edirəm" şərhini yazıb.
Azərbaycan şirkəti BƏƏ-yə findıq ixrac edəcək
“Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində ixraca dair müqavilə imzalanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.
Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyaları, «Xocalı harayı» abidəsinin ziyarəti təşkil edilir.
Avtomobil Yolları Dövlət Agentliyi media nümayəndələrini mükafatlandırdı
Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yol təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
Türkiyəyə qarşı tələlər artır - Yıldırım
Türkiyə gücləndikcə, möhkəmləndikcə, tələlər də artır. Biz isə həmin tələləri tək-tək zərərsizləşdirərək bu günlərə gəldik.Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. “Zeytun budağı” əməliyyatı plana uyğun şəkildə davam edir. Terrorçulara dəstək verənləri tarix unutmayacaq”, - Binəli Yıldırım bildirib.
Avropa Rusiyaya qarşı sanksiyaları uzadacaq
Avropa Birliyi martın 12-də Rusiya və Ukraynanın hüquqi şəxsləri və vətəndaşları üçün sanksiyaları yarım il uzadacaq. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.











.jpg)


