Gündəm

TƏHLÜKƏLİ PROQNOZ: Şokolad yox ola bilər - Bu müddət ərzində

21 Fevral 2018 18:50

Şokolad sevənlər üçün pis xəbər: 98 milyard dollarlıq şokolad sənayesinin əsasını təşkil edən kakaonun gələcəyi təhdid altındadır. Bu təhdidin arxasında isə qlobal istiləşmədən haşerata qədər birdən çox amil var. Təhdidin miqyası o qədər ciddidir ki, bəzi elm insanları qarşıdakı 40 ildə şokoladın "yox olacağını" düşünür.

Peruda sərnişin avtobusu dərəyə yuvarlandı - 30 ölü

21 Fevral 2018 18:45

Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb. Məlumata görə, qəza nəticəsində azı 30 nəfər həlak olub. Arekipa regionunda baş vermiş qəzada daha 22 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bu il “ağıllı şəhər" texnologiyalarına investisiyalar 80 milyard dollara çatacaq

21 Fevral 2018 18:40

"Ağıllı şəhər" layihələrinin həyata keçirilməsi üçün artan marağın və texnologiyaların yayılmasının şahidi olan "IDC" analitik şirkəti bu perspektivli və sürətlə inkişaf edən bazar üçün ilk proqnoz dərc edib.

Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb

21 Fevral 2018 18:35

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir. Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından  verilən məlumatda bildirilir ki, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Milli Məclisin komitə sədri Xocalı soyqırımına görə İsrailə gedir

21 Fevral 2018 18:30

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində Heydər Əliyev Fondunun dəstəyi və “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək.

Boyundakı duzlaşmanı aradan qaldırmağın təbii yolu

21 Fevral 2018 18:25

Boyunda duzların yığılmasını onurğa sütununun osteoxondrozu adlandırırlar. Onurğanın boyun hissəsi bədənin ən əhəmiyyətli hissələrindən olduğu üçün bu bölgədə pozğunluqlar bütün orqanizmdə ciddi narahatlıqlara gətirib çıxarır.

Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilib

21 Fevral 2018 18:24

Prezident İlham Əliyev Rəşadət Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Milli Məclisin birinci vitse-spikeri Rusiyada seçki kampaniyası haqqında

21 Fevral 2018 18:25

Rusiyada prezident seçkiləri çərçivəsində seçkiqabağı kampaniya konstruktiv, sakit və mövcud qanunvericiliyə uyğun olaraq davam edir. Məlumata görə, bunu Moskvada MDB Parlamentlərarası Assambleyasında beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən şəxslər təltif edilib - SİYAHI

21 Fevral 2018 18:20

Prezident İlham Əliyev Azərbaycanda avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək

21 Fevral 2018 18:19

Prezident İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Qobustanda xalça istehsalı emalatxanası tikiləcək

21 Fevral 2018 18:18

Prezident İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lavrovdan Əsədə Afrin çağırışı: Kürdlərlə dialoq...

21 Fevral 2018 18:17

ABŞ-ın kürdləri Suriyadan ayırmağa hesablanmış təşəbbüsləri Suriyada problemlərin həllinə heç bir fayda vermədi. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Suriyada problemlərin yalnız dialoq yolu ilə həll edilə biləcəyini vurğulayan Lavrov Dəməşqin kürdlərlə müzakirələrə başlamalı olduğunu bildirib.

Əsəd rejimi qətliama davam edir: 300 ölü

21 Fevral 2018 18:16

Əsəd rejiminin bazar günündən indiyə qədər qətliam törətdiyi Şərqi Qutaya bu gün də paraşütlərlə bomba atılıb. Şərqi Qutaya bu gün təşkil edilən hücumlarda 10-dan artıq insan həlak olub, 200-dən artıq insan isə yaralanıb.

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği artırıldı

21 Fevral 2018 18:02

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.