Gündəm
Tanınmış şair-dramaturq vəfat etdi
Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib. Yaxınlarının məlumatına görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd edildi
“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətində BDU-nun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Olaylar.z bildirir ki, Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra isə ümummilli liderin adını daşıyan parkda universitetin 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib.
“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tələbələrin ifasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Muğam Mərkəzi ilə “Gənc nəsil dəvət edir” layihəsi çərçivəsində Əməkdar artist, professor Gülşad Baxşıyevanın rəhbərliyi ilə IV kurs tələbələrinin ifasında Mirzə Fətəli Axundov “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub.
“Google” şirkəti “Google Pay” xidmətini təqdim edib
“Google” şirkəti “Android Pay” xidməti və “Google Wallet” pul kisəsini özündə birləşdirən “Google Pay” ödəmə xidmətini istifadəyə verib. Bu haqda “Google”un bloqunda məlumat verilib.
On min il işləyəcək saatın inşasına başlanılıb
“Amazon” internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın inşasına başlayıb. Bu barədə “Twitter” səhifəsində məlumat verən şirkət yaradıcısı qurğunun montajını əks etdirən video yerləşdirib.
30 terabaytlıq bərkcisimli toplayıcı nümayiş olunub
“Samsung” şirkəti dünyanın ən tutumlu bərkcisimli toplayıcısını nümayiş etdirib. Diskin faktiki tutumu 30,72 terabayt təşkil edir. 2,5 düymlü standart “kompüter” form-faktoruna aid qurğuya “Full HD” keyfiyyətli 5700-dən çox film yazmaq mümkündür.
Tailand blokçeyn texnologiyasına əsaslanan eyniləşdirmə sistemini yaradacaq
Tailand İnformasiyalaşdırma Nazirliyi “Omise” şirkəti ilə birgə paylanmış reyestr texnologiyası əsasında şəxsiyyətin eyniləşdirilməsi və ödəmə xidməti üzrə milli sistemin yaradılması üzərində işə başlayıblar. “Omise” tərəfindən hazırlanmış sistemdən internetdə fırıldaqçılığın qarşısının alınması, cinayətkarlığın səviyyəsinin azaldılması, dövlət xidmətləri sistemində şəxsiyyətin eyniləşdirilməsi və onlayn tranzaksiyaların çevik həyata keçirilməsi üçün istifadə etmək planlaşdırılır.
Süni intellekt pasiyentin gözlərinə görə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağı öyrənib
“Google” və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış “Verilu” adlı törəmə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış alqoritm gözün torlu qişasının şəkillərinin təhlili əsasında insanda ürək-damar xəstəliklərinin yaranma riskini öncədən xəbər vermək qabiliyyətinə malikdir.
Diqqət: Başağrısını kəsmək üçün 5 sınanılmış təbii vasitə
Başağrısı və yaddaş zəifliyinin əsas səbəbi beynin qan damarlarının tıxanmasıdır. Orqanizmin bütün toxumaları kimi, beyin də daim təmizlənməyə ehtiyac duyur. Duz, yağ və toksin artıqları damarlarda yığılaraq aterosklerotik qatlar əmələ gətirir. Damarları artıq xolesterindən və digər zərərli qalıntılardan təbii yolla təmizləmək mümkündür, bunun üçün sadəcə qida rasionuna müəyyən məhsulların əlavə edilməsi kifayətdir. Elastik və cavan damarlar beynin sağlam şəkildə qanla təmin olunmasını və fasiləsiz fəaliyyətini təmin edir.
Soyuq havada dərini qorumaq üçün məsləhətlər
Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır. Həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektrikləşmiş saclarla assosiasiya olunur.
Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları
İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur.
Daim yorğun olmağınızın ağlınıza gəlməyən səbəbləri
Gündəlik həyatda etdiyimiz bəzi hərəkətlər əslində enerjimizin azalmasının əsas səbəblərindəndir. Özünüzü daim yorğun hiss edirsinizsə, bunun bəzi önəmli səbəbləri ola bilər. Bu yazıda qeyd olunan məlumatlara göz gəzdirərək yorğunluğunuzun səbəbini öyrənə bilərsiniz.
Ayaqüstdə əldə telefon tutmaq bədənə 27 kq-lıq təzyiqdir
Son illərdə texnologiya inanılmaz dərəcədə dəyişib, ancaq bizim bioloji təkamülümüz bu inkişafdan geri qalır.
Sarımsağın təzyiqə inanılmaz təsiri - Faydası inanılmazdır!
Ürək xəstələri tərəfindən də tez-tez istifadə edilən, qan təzyiqini aşağı salan təsiri olan sarımsağın təzyiqi aşağı salan təsiri olub-olmadığı hamı tərəfindən maraq edilən suallar arasında yer alır.
Alimlər demensiyanın əsas səbəbini tapıblar
Alimlərin apardıqları genişmiqyaslı araşdırmaların nəticəsinə əsasən müəyyən olunub ki, həddindən artıq spirtli içki qəbul etmək insanlarda demensiya (əqli gerilik) yaradır.1855














