Gündəm
Tarix Muzeyində AXC dövrünə aid pul vahidləri qorunur
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə aid pul vahidləri qorunub saxlanılır. Olaylar.az bildirir ki, müsəlman dünyasında ilk demokratik dövlət olan AXC-nin müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Аzerbaydjanskaya Respublika” ifadələri, nominal dəyəri və buraxıldığı tarix göstərilib.
Myanmada partlayış: 2 ölü, 22 yaralı
Trampdan müəllimlərlə bağlı ŞOK TƏKLİF
ABŞ prezidenti Donald Tramp, xüsusilə Florida ştatındakı məktəblərin şagird və müəllim heyəti ilə görüşü zamanı çıxış edərək, mümkün hücumlardan qorunmaq üçün müəllimləri silahla təchiz etmək təklifini irəli sürüb. O, həmçinin təhsil müəssisələrinin ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahlarla necə davranmağı bilən köhnə hərbi qulluqçuların məktəblərdə işə cəlb edilməsi təklifini verib.
İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var
İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var. Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib. Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var:
Olimpiadadakı yeganə təmsilçimiz uğursuzluqla üzləşdi
Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.
Səfirliyə silahlı hücum
Milli Kitabxanada növbəti sərgi - Beynəlxalq Ana Dili Günü
Arif Babayevin yubileyi qeyd edildi
Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli muğam ifaçısı, Xalq Artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.
“Facebook”dan YENİLİK
"Facebook" sosial şəbəkəsi istifadəçilərə öz xəbər lentində 3D postlar dərc etmək imkanı verən "gITF 2.0" formatını dəstəkləməyə başlayıb. Bu yenilik sayəsində sosial şəbəkədə yerləşdirilən 3D obyektləri hər tərəfdən müşahidə etmək mümkün olacaq.
Turistləri daşıyan bərədə partlayış
Xalq artisti ustad dərsləri keçəcək
Fevralın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində kinorejissor, Xalq Artisti Oqtay Mirqasımov tərəfindən “İmprovizasiya – yaradıcı özünüifadə tərzi kimi” adlı ustad dərsi keçiriləcək. Ustad dərsi zamanı qonaqlar hekayələrini təcrübəli rejissorun rəhbərliyi altında qısa filmə çevirə biləcək.
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
Bu gün Bakıda dəyəri bir neçə milyon manat olan mənzil və villalar mövcuddur. Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, bahalı mənzillər əsasən şəhərin mərkəzində premium binalarda yerləşən, böyük sahəyə malik, dəniz mənzərəsi olan mənzillər. Bu mənzillərin qiyməti 3 milyon manata qədərdir.
Pakistanlı general: "Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm" - FOTO
Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib.
Tanınmış reper HƏBS OLUNDU
İspaniyada tanınmış reper terrora aid mahnı bəstələdiyi üçün həbs olunub. Bu barədə “The Washington Post” məlumat yayıb. “Valtonyc” ləqəbi ilə tanınan Xose Miqel Arenas Beltran ifalarının birində terroru dəstəklədiyi üçün 3,5 il müddətinə həbs olunub.












.jpg)

