Arif Babayevin yubileyi qeyd edildi
Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli muğam ifaçısı, Xalq Artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.
22 Fevral 2018 09:17 MədəniyyətAzərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli muğam ifaçısı, Xalq Artisti, konservatoriyanın "Xanəndə" kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək, Arif Babayevin muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolunu və töhfələrini vurğulayıblar.
Tədbirdə Arif Babayevin ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında konsert olub.