Gündəm

Körpə basdırılan zaman dirilib - həkim böyük səhvə yol verib

22 Fevral 2018 11:40

Hindistanda doğum evində həkim böyük səhvə yol verib.  Valideynlərinə yeni doğulan oğlan uşağının öldüyünü deyən həkimlər, uşağı plastik qabda atasına veriblər.  Dəfn mərasiminə hazırlıq gedərkən körpənin əmisi plastik qabdan səs gəldiyini eşidib.

Nuri Sərinləndirici duet ortağı ilə gizli evləndi

22 Fevral 2018 11:38

Məşhur müğənni Nuri Sərinləndiricinin duet ortağı Jane Şirokihlə gizli ailə həyatı qurduğu deyilir. Cütlüyün hətta gələcək aylarda övladının da dünyaya gələcəyi söhbətləri gəzir. İfaçının layihələri üzrə rəhbəri, tanınmış teleaparıcı Lamiyə Ələkbərqızı məsələyə münasibət bildirib.

XİN: "Prezident seçkilərini izləmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir"

22 Fevral 2018 11:36

Aprelin 11-də prezident seçkilərini müşahidə etmək üçün Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara müraciətlər göndərilir. Məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Müstəntiq: “Həbs edilən Eduard Qriqoryan 1991-ci ildə Ermənistana təhvil verilib”

22 Fevral 2018 11:33

"İstintaqla müəyyən edilib ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılıb". Məlumata görə, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.

Qəzalı və istismar müddəti keçmiş binaların yerində tikiləcək binaların tikintisinə dair tələb dəyişib

22 Fevral 2018 11:30

Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli qərarında dəyişikliklər edib.

XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb

22 Fevral 2018 11:26

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) və Baş ProkurorluqSumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb. Məlumata görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib ki, bəyanat Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə göndəriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırlacaq.

ABŞ Rusiya ilə əməkdaşlıq edən ölkələri HƏDƏLƏDİ

22 Fevral 2018 11:22

ABŞ digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Terrorçuların "mehmetçik"lərə qarşı qurduğu XAİN PLAN

22 Fevral 2018 11:20

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində terrorçulara qarşı birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 34-cü gününə qədəm qoyub. Hərəkatın 33-cü günündə birləşmiş qüvvələr daha iki kəndi PKK/YPG qüvvələrindən təmizləyib. Afrin şəhərinin şimal-şəqrindəki Uverkan kəndinin ələ keçirilməsi ilə hərəkat cənuba doğru dərinləşməyə başlayıb. Bölgəyə Jandarm Özəl Hərəkatı və Polis Hərəkatı Komandaları göndərilib.

“Qırmızı kart kralı”ndan növbəti BİABIRÇI REKORD

22 Fevral 2018 11:18

İspaniyanın "Real Madrid" klubunun müdafiəçisi Serxio Ramos daha bir rekorda imza atıb.  Müdafiəçi ötən gün səfərdə keçirilən "Leqanes"ə qarşı oyunda sarı kart alıb. Bununla da, Ramos 163-cü xəbərdarlığını görüb və "La Liqa"-da rekorda imza atıb.

XİN: Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi

22 Fevral 2018 11:17

“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.

Eldar Sultanov: “Sumqayıt hadisələri ermənilərin törətdiyi istintaqla sübuta yetirilib”

22 Fevral 2018 11:15

Sumqayıt hadisələri ilə bağlı hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xalq Artisti Elza İbrahimovanın xatirəsi anıldı

22 Fevral 2018 09:54

Heydər Əliyev Sarayında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb. Bildirib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.