Kıvanç Bakıya gəlmək istəmədi
22 Fevral 2018 10:47 MədəniyyətBu gün türkiyəli aktyor Kıvanç Tatlıtuğun rol aldığı "Hadi be oğlum" filminin Bakıda nümayişi başlayır. Ekran işinin paytaxtımızda da qala gecəsi nəzərdə tutulmuşdu.
Nizami Kino Mərkəzində keçirilməsi planlaşdırılan qala gecə təxirə salınıb. Buna səbəb isə Kıvançın Bakıya gəlməkdən imtina etməsi olub. Təşkilatçılar onun işlərinin çox olduğunu və başının çəkilişlərə qarışdığını bəhanə ediblər.
Beləcə, "Hadi be oğlum" qala gecəsi olmadan kinoteatrkarda nümayiş ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31