Gündəm

Komandoslar Afrin mühasirəsinə qoşulur – Qərar

22 Fevral 2018 12:13

Türkiyədə məskunlaşma ərazilərində keçiriləcək əməliyyatlarda ehtiyac olacağı halda jandarma və polis xüsusi təyinatlı dəstələrinin “Zeytun budağı” əməliyyatına cəlb olunmasına qərar verilib. Daxili İşlər Nazirliyinə tabe olan JÖH və PÖH dəstələri TSQ-nın sərəncamına verilib. Məlumata görə, jandarma və polis xüsusi təyinatlı dəstələrinin Afrində əsas vəzifəsi mülki əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyi qorumaq olacaq.

Nalbəndyanın Avropa şousu: Türkiyə Qarabağa...

22 Fevral 2018 12:10

Türkiyənin Qarabağın həll prosesinə müdaxilə və ya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Qarabağdakı danışıqlarla bağlamaq cəhdi hər iki prosesə mane olur.

ABŞ İrəvanın əl-qolunu bağlayır: Bakı üçün mühüm şans

22 Fevral 2018 12:08

Amerika gec də olsa, başa düşdü ki, Ermənistana yardım etməklə dolayısı ilə işğalçı ölkədəki rus hərbi bazalarına yardım etmiş olur.

Oliqarx uşaqlarının lüks həyat tərzi və dəbdəbəli həyatı - GÖZ QAMAŞDIRAN

22 Fevral 2018 12:06

Sosial şəbəkələrdə hər gün saysız-hesabsız fotolar paylaşılır. Onların içərisində varlı ailələrin uşaqlarının dəbdəbəli həyat tərzi daha çox diqqət cəlb edir.

Musa ilə aparıcı arasında efirdə GƏRGİNLİK - Məndən əsəbi adam yoxdur - VİDEO

22 Fevral 2018 12:03

Qonaqları Musa -Təranə cütlüyü olan "Səhər-Səhər" verilişi gərginliyi ilə yadda qalıb. Aparıcı Elgiz bu zamana kimi yaşadıqları qalmaqallarda Musanın da rolunun olduğunu deyib.

Kreml dünyanı müharibəyə aparır - Borovoy

22 Fevral 2018 12:00

Kremlin aqressiv manevrləri dünyanı böyük müharibəyə doğru aparır. Bu iddianı rusiyalı müxalif siyasətçi, eks-deputat Konstantin Borovoy irəli sürüb. Onun sözlərinə görə, Kreml son illər aktiv şəkildə dünyadakı qüvvələr balansını pozur: “Moskva təkcə qanlı konfliktləri yaymır, o həm də işğal etdiyi bölgələrdə öz hərbi mövcudluğunu aktiv şəkildə artırır.

Xaricdən gətirilən düyünün tərkibi şok etdi - Video

22 Fevral 2018 11:58

Xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu sübut edən video yayılıb. Yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar.

İsraildə Xocalı soyqırımı anılacaq

22 Fevral 2018 11:55

İsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edəcək.

ATƏT PA-nın qış sessiyası öz işinə başlayır

22 Fevral 2018 11:53

Fevralın 22-də Avstriyada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası öz işinə başlayır. Məlumata görə, fevralın 22-23-də Vyanada keçiriləcək toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddətli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzarətlə bağlı yaranan problemlər və silah yayılmasının qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirləri mövzusunda müzakirələr aparılacaq.

Məsciddə azan yerinə mahnı oxundu – VİDEO

22 Fevral 2018 11:51

Türkiyənin Aydın vilayətinin Quşadası məhəlləsindəki Türkmən məscidinin minarəsində azan deyil, türkü oxunub.

Estoniya deputatları Xocalıya dair xüsusi bəyanat veriblər

22 Fevral 2018 11:49

Estoniya parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Denis Borodiç qrupun üzvləri adından Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək

22 Fevral 2018 11:48

Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixlərində Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək. Bu barədə “OLAYLAR” -a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınin Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.

Ermənilər 96 dəfə atəşkəsi pozub

22 Fevral 2018 11:46

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

Yeyib-içdi, ofisiant xanımı və 3 polis əməkdaşını... - QUBADA

22 Fevral 2018 11:45

Quba rayonunda xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Əli Daşdəmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair: “Belə intiharın ucaldılmasına qarşıyam”

22 Fevral 2018 11:43

Sosial şəbəkədə İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair, tarix müəllimi Emin Piri məsələ ilə bağlı minval.info saytına özəl açıqlama verib.