Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək
Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixlərində Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək. Bu barədə “OLAYLAR” -a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınin Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.
22 Fevral 2018 11:48 İqtisadiyyatHindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixlərində Bakıda "Best of İndia Exhibition" adlı ticarət sərgisi keçiriləcək. Bu barədə "OLAYLAR" -a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınin Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq.
Sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyi , Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "Amay" ticarət mərkəzində baş tutacaq.