İsraildə Xocalı soyqırımı anılacaq
İsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edəcək.
22 Fevral 2018 11:55 Siyasətİsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edəcək. İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəkləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin ağır nəticələri barədə məlumat veriləcək.