Gündəm
Bakıda İraq aviaşirkətinin menecerini qətlə yetirən şəxsə 18 il həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, E. Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Goranboy suvarma idarəsində dava - Xəstəxanadan açıqlama
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində insident baş verib. İdarənin işçilərindən biri bildirib ki, hadisə dünən işdən sonra olub. İdarədə iş icraçısı olan Sadiq Allahverdiyevlə rəis Gündüz Bağırovun arasında mübahisə düşüb. Nəticədə iş icraçısı xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırovla əlaqə saxladıq. Köməkçisi rəisin Goranboy Rayon İcra Hakimiyyətinə çağrıldığını bildirdi.
Almaniyada bu maşınlara qadağa qoyula bilər
Almaniyada dizellə işləyən maşınlara qadağa qoyula bilər. Məlumata görə, Almaniyada şəhərlərin dizellə işləyən avtomobillərə qadağa qoyulması ilə bağlı səlahiyyəti olub-olmamasına bu gün qərar veriləcək.
"Gülənçi” olan 2 türkiyəli məhkəmədən qaçırıldı - Bakıda şok hadisə
Bakıda "Gülənçi" olan iki Türkiyə vətəndaşı fevralın 19-da məhkəmədən qaçırılıb. 1973-cü il təvəllüdlü Ayhan Səfəroğlu barəsində 2-ci Ankara sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib. A.Səfəroğlu isə həmin zaman Bakıda, Nərimanov rayonunda yaşayıb.
Ermənistan ordusunun xüsusi uçan aparatı ələ keçirildi
Fevralın 21-də cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.
Qalmaqal yaşadığı Natavan Həbibiyə barışıq jesti etdi - VİDEO
Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Natavan Həbibi ilə aralarında olan qalmaqala son qoymaq istəyir. Məlumata görə, Kərim bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O, bildirib ki, Natavanla küsülü qalmaq niyyətində deyil: "Daha Natavan haqqında nəsə danışmaq istəmirəm. Onunla çörək kəsmişəm.
Nura Suri qısa geyimdə efirdə elə rəqs etdi ki.... - VİDEO
ARB TV-də yayımlanan "Sayqa ilə bu axşam" verilişinin qonaqları müğənni Nura Suri və Kərim Abbasov olub. Müğənni Nura verilişə geyindiyi cazibədar libası ilə diqqət çəkib. Nura Suri və Kərimin şıdırğı rəqsi isə efirə öz damğasını vurub.
Qış olimpiadasında növbəti uğursuzluq - Yeganə idmançımız finişə çata bilmədi
Azərbaycan yığması Qış Olimpiya Oyunlarında növbəti uğursuzluğa düçar olub. Məlumata görə, Pxenxçanda təşkil edilən XXIII "Ağ Olimpiada”da yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında finişə çata bilməyib. Əslində, bu nəticə bizim üçün adi haldı. Çünki ölkəmiz Yay Olimpiya Oyunlarından fərqli, Qış Olimpiya Oyunlarına yarışın yaradıcısı Pyer de Kubertinin Olimpiya şüarını əsas götürərək gedir.
Dünyanı heç belə görmədiniz - Hamı bu fotodan danışır
Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) "OSIRIS-REx" adlı kosmik gəmi tərəfindən çəkilən görüntüləri paylaşıb. 2016-cı ildə kosmosa göndərilən kosmik gəmi 63 milyon 600 min kilometr məsafədən Yer və Ayın fotoşəklini çəkib. Görüntülər Yerlə Ayın öz Günəş sistemi içərisində nə qədər kiçik göründüyünü ortaya qoyub. Bu görüntülər əslində insanlığın nə qədər kiçik bir planetdə yaşadığını sübut etmiş oldu.
Övladı I sinfə gedəcək valideynlər üçün VACİB MƏLUMATLAR
Fevralın 22-də (saat 10:00) 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.
Xoşqədəm onu təhqir edən transseksualı məhkəməyə verdi
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “Instagram”da onu tənqid edən Nura Paşayeva adlı transseksualı məhkəməyə verib. Məlumata görə, Baxşəliyeva bu barədə status yazıb: “Bunun üçün trans olmaq xoşbəxtlikmiş. Axtarırıq, kimin bu şəxslə bağla məlumatı varsa, yazsın. İndi bunun yeni fotolarını da paylaşacam.
Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır”
“Fransa Xarici İşlər Nazirliyinin separatçı Qarabağ rejiminin 30 illiyi münasibəti ilə təbrik məktubu beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır”. Bunupolitoloq Vasif əfəndiyev deyib.
Erməni jurnalistin Afrindən yaydığı saxta fotolar
Fransanın AFP agentliyinin Suriyadakı fotomüxbiri Corc Oufalyan Afrində baş verən hadisələrin təhrif olunmuş təsviri ilə müşayiət olunan şəkillər paylaşıb. Oufalyanın çəkdiyi Bəşər Əsəd tərəfdarlarının fotosu “Bəşər Əsəd tərəfdarları Afrinə daxil oldu” başlığı ilə təqdim edilib.
Gəncə yol polisi rəisinin işdən çıxarıldığı rəsmən təsdiqləndi
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.
Taleh Bağırov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb
Bu gün Ali Məhkəmədə “Müsəlman Birliyi” adlanan hərəkatın həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən üç nəfər -Şamil Abduləliyev, Abbas Quliyev və Abbas Hüseynov məhkəməyə ərizə ilə müraciət edərək iclasda iştiraklarının təmin edilməsini istəyiblər. Məhkəmə iclası buna görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb.














