Gündəm

Müdafiə naziri Belarusa gedib

22 Fevral 2018 13:56

Fevralın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın Müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Dini radikalizm və onun təzahürlərindən danışılıb

22 Fevral 2018 13:55

Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Sabah hava necə olacaq?

22 Fevral 2018 13:53

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanda alkoqoliklərin sayı açıqlandı - Arasında uşaq da var

22 Fevral 2018 13:40

Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb. Məlumata görə, 2011-ci ildə 19.765, 2012-ci ildə 21.103, 2013-cü ildə 21.584, 2014-cü ildə 22.278, 2015-ci ildə isə 21.777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21.909-a, 2017-ci ildə 21.364 yüksəlib.

Televizor oğruları saxlanıb

22 Fevral 2018 13:35

Xudatda iki televizor oğrusu saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 2-də Xaçmaz rayon Xudat şəhər sakini Ruslan Müzəffərov RPŞ-yə ərizə ilə müraciət edərək Qaraqurtlu kəndində Rusiya Federasiyasında yaşayan qohumuna məxsus evdən 1.000 manat dəyərində “Samsung” markalı televizorun oğurlanmasını bildirib.

Orduxandan ermənilərə dəstək -  VİDEO

22 Fevral 2018 13:26

Hollandiyada sığınacaq alan Orduxan Teymurxan daha bir ermənipərəst çıxış edib. O, çıxışı zamanı ermənilərin vəhşilik etmədiyini bildirib.

Alt paltarında narkotik aşkar edildi

22 Fevral 2018 13:23

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Bakıda mal-qara oğruları saxlanıb

22 Fevral 2018 13:19

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri zamanı rayonun ayrı-ayrı kəndlərindən vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb.

Azərbaycan-Misir iqtisadi əlaqələri genişlənir

22 Fevral 2018 13:18

Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Azərbaycan parkına gələrək burada ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.Azərbaycan nümayəndə heyəti Azərbaycan parkı və parkda fəaliyyət göstərən kitabxana ilə tanış olub, kitabxanaya ölkəmiz haqqında kitab bağışlayıb.

Sürücü çökən binanın altından belə xilas oldu - Dəhşətli VİDEO

22 Fevral 2018 13:15

Türkiyənin Kadıköy rayonunda binanın çökməsi nəticəsində yoldan keçən avtomobildə qorxulu anlar yaşanıb. Hadisə dünən axşam saatlarında Fənərbaxça Tunaman küçəsində meydana gəlib. Bir binanın sökülməsi üçün işləyən iş mexanizminin zərbəsi ilə binanın 2 mərtəbəsi nəzarətsiz şəkildə çöküb.

Bu, bir xəzinədir - Mütəxəssislər ŞOK qiymət dedilər

22 Fevral 2018 13:12

İstanbul Vilayət Jandarm Komandanlığı keçirdiyi bir əməliyyatla Roma və Bizans dövrlərinə aid 1981 parça tarixi əsəri ələ keçirib. Aksaray bölgəsində apardıqları qaçaq qazıntı nəticəsində əldə etdikləri tarixi əsərlərə 1 milyon dollara alıcı axtaran şübhəli yaxalanaraq rəsmi qurumlara sövq edilib. İstanbul Vilayət Jandarm Komandanlığı Aksarayda yaşayan D.C. Və G.Y. Adlı şəxslərin qaçaq qazıntı nəticəsində əldə etdikləri Roma və Bizans dövrlərinə aid tarixi əsərləri İstanbulda 1 milyon dollara bazara sürmək üçün müştəri axtardıqları məlumatını əldə edib.

Deputatdan Qarabağ çağırışı: Azərbaycan-Türkiyə…

22 Fevral 2018 13:07

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-lərə Dəstək Şurasının dəstəyi ilə "Qarabağdan Aydına könül körpüsü” layihəsi çərçivəsində Türkiyənin Aydın vilayətində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.

Məhkəmə Poroşenkonu yenidən sorğulamaqdan imtina etdi

22 Fevral 2018 13:01

Bu gün Kiyevdə Obolon rayon məhkəməsində dövlətə xəyanətdə ittiham edilən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı işdə Poroşenko da şahid kimi iştirak edib.

Rəvanın film qəhrəmanını xatırladan qızı — FOTO

22 Fevral 2018 12:57

Müğənni Rəvan Qarayev sosial şəbəkədə qızının fotosunu paylaşıb. Məlumata görə, sənətçinin Ayan adlı qızı film qəhrəmanlarını xatırladan xarici görünüşüylə diqqət çəkib. Sənətçi fotonu "Bu da qızım ayan-atanın ürəyi" şərhiylə izləyicilərinə təqdim edib.

Prokuror xanım generala və digərlərinə cəza istəyəcək - sonuncu "MTN işi"

22 Fevral 2018 12:54

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edir.