Dini radikalizm və onun təzahürlərindən danışılıb

Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə "Dini radikalizm və onun təzahür formaları" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR" Dini Komitəyə istinadən xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Zərdab şəhər 1 saylı məktəb-liseyin direktoru Vüsalə Kərimova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov dini ekstremizm, radikalizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından bəhs edib.  

Sonra məktəb-liseyin direktoru Vüsalə Kərimova və DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov öz çıxışlarında dövlətin dinə göstərdiyi qayğıdan, tolerant, multikultural və milli-mənəvi dəyərlərimizdən, radikal dini cərəyanlarla mübarizədə media və internet resurslarından səmərəli istifadənin rolundan danışıblar.  

Tədbirin sonunda "Şəhadət" filmi nümayiş olunub, film və çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31