Lavrov: Qara dəniz taxıl təşəbbüsünə qayıtmaq qəbuledilməzdir- ÖZƏL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz taxıl təşəbbüsünün yenidən bərpa edilməsini qəbuledilməz və qeyri-real adlandırıb.
Olaylar.az xəbər verir ki, Lavrov bu barədə "Sama Menshova" onlayn layihəsinə müsahibəsində danışıb.
"İndi onlar bunu yenidən canlandırmağa çalışırlar. Bu, tamamilə qəbuledilməz və tamamilə qeyri-realdır", - deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, Ukrayna tərəfi təşəbbüsdən sui-istifadə edərək mülki gəmilərlə silah daşıyıb. O qeyd edib ki, razılaşma çərçivəsində Rusiyaya vəd edilən qlobal bazarlara maneəsiz çıxış isə Avropa tərəfindən bloklanıb.
"Buna görə də biz bu ideyadan imtina etdik", - Lavrov deyib. O əlavə edib ki, hazırda bəzi rəsmilər qışdan çıxmağın çətin olacağını bildirir və bununla bağlı müəyyən tədbirlərin görülməsini təklif edirlər. Onun sözlərinə görə, Türkiyəyə Qara dənizdə mülki yük daşıyan gəmilərə hücumlarla bağlı Rusiya-Ukrayna moratoriumunun tətbiqi təklif edilib.
Lavrov bununla bağlı nəzarətin mümkün olmadığını vurğulayıb və üç il əvvəl BMT-nin baş katibi Antonio Quterreşin təşəbbüsü ilə yaradılan Qara dəniz taxıl sazişini xatırladıb. Onun sözlərinə görə, Rusiya həmin təşəbbüsü qəbul etsə də, sonradan razılaşmadan imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31