Məhkəmə Poroşenkonu yenidən sorğulamaqdan imtina etdi
Bu gün Kiyevdə Obolon rayon məhkəməsində dövlətə xəyanətdə ittiham edilən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı işdə Poroşenko da şahid kimi iştirak edib.
22 Fevral 2018 13:01 DünyaBu gün Kiyevdə Obolon rayon məhkəməsində dövlətə xəyanətdə ittiham edilən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı işdə Poroşenko da şahid kimi iştirak edib. Məlumata görə, məhkəmə Ukrayna prezidenti Pyotr Poroşenkonun sorğusunu tez tamamlayıb. Buna səbəb kimi onun keçirəcəyi beynəlxalq görüşlər göstərilib. Yanukoviçin müdafiəçiləri isə məhkəmənin bu qərarından razı qalmayıblar. Onlar şahidə istədikləri bütün sualları verə bilmədiklərini qeyd ediblər. Məhkəmə Poroşenkonu yenidən sorğulamaqdan imtina edib. AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31