Gündəm

Səudiyyə Ərəbistanı Yəməndə husilərin raketlərini vurdu

22 Fevral 2018 14:34

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin Xodeyda vilayətində İran yönlü husilərin atışa hazırladıqları SKAD raketlərinin mövqelərini bombalayıblar. Əldə olunan məlumata görə, Səudiyyəli hərbiçilərə Qərb ölkələrinin verdiyi hava və kosmik kəşfiyyat materialları köməklik edib. Hava hücumu zamanı İran vətəndaşları daxil olmaqla 8 nəfər həlak olub. Qeyd edək ki, son zamanlar İran yönlü yəmənli husilər mütəmadi olaraq Səudiyyə Ərəbistanının ərazisini raket atəşinə tutmaqdadılar. Husilərin Bab əl Məndəb yaxınlığındakı Muha rayonunu raket atəşinə tutmağa hazırlaşdıqları bildirilir.

Yaxın zamanda Ərdoğan-Putin-Ruhani görüşməsi ola bilər

22 Fevral 2018 14:33

Yaxın günlərdə Türkiyə prezidenti Tayyip Erdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin birgə görüşü gözlənilir. Liderlər böyük ehtimalla Suriya mövzusunu müzakirə edəcəklər.

Xocalı faciəsinə həsr edilmiş konfrans

22 Fevral 2018 14:31

Fevralın 23-də İstanbulda Üsküdar Universitetinin Nermın Tarhan Konfrans Salonunda Azərbaycanın İstanbul Baş Konsulluğunun yaxın iştirakı ilə Xocalı soyqırımına həsr edilmiş konfrans keçiriləcək. Konfransda professor Sırrı AKBABA soyqırımla əlaqədar çıxış edəcək. Xocalı soyqırımı – “Zülmdən qaçış” sənədli filmi nümayiş etdiriləcək.

Türkiyəyə qarşı Suriyada qurulan məkrli oyun

22 Fevral 2018 14:27

Suriyada vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Türkiyənin Afrində terrora qarşı apardığı əməliyyatı Əsəd hakimiyyətinə ünvanlanmış hərəkət kimi Suriya liderinə təlqin edə bilən beynəlxalq güclər artıq öz istəklərinə nail olmaq ərəfəsindədirlər. Belə ki, Suriyada Dəməşqlə Ankara baş-başa gəlmək astanasındadır. Bəs görəsən bu proseslər sonucu necə olacaq?

Bir sıra avropalı ekspertlərin Dağlıq Qarabağ probleminə olan yalnış yanaşması

22 Fevral 2018 14:26

Son vaxtlar Qərbdə, Avropada Dağlıq Qarabağ münaqişəsi barədə o qədər də doğru olmayan, qərəzli və əsassız fikirlər, mülahizələr irəli sürülür, proqnozlar verilir. Bir çox hallarda isə tarix açıq şəkildə təhrif edilir. Bu günlərdə Qarabağ üzrə tanınmış ekspertlərdən olan Tomas de Vaalın dərc edilən məqaləsində də bu kimi yanaşmalara rast gəlinir. Millət vəkili Sahib Alıyev deyib ki, Qərbdə Qafqaz və daha çox da Dağlıq Qarabağ problemi üzrə ən çox tanınan ekspertlərdən biri Tomas de Vaalın Moskvadakı Kornegi Mərkəzinin saytında dərc edilmiş məqaləsi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatlar Sovetinin sessiyasında təsdiqlənən qanunsuz akt və sonrakı proseslərə həsr olunub. Millət vəkilinin sözlərinə görə, “ Qarabağ konflikti “minimal layihə” kimi” adlı məqaləsində müəllif o zaman baş verənlərə yanaşmada neytral görünməyə çalışsa da, obyektiv deyil və çoxlu səhvlərə yol verib: “Birinci səhv ondadır ki, o, Sumqayıt hadisələrinin arxasında SSRİ DTK-nın dayanmadığını, onun Ermənistanda yaşayan azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqda yayılan saxta informasiyalar əsasında kortəbii baş verdiyini bildirir.Birincisi, onun saxta informasiya adlandırdığı heç də saxta deyildi.

Ailə cəmiyyətin əsası və insanlığın akademiyasıdır

22 Fevral 2018 14:25

Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin də yoxdur. Ailə kiçik dövlət, bəlkə də elə dövlətin özüdür. Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi xalqdır” ifadəsi işlədilmir. Ailə cəmiyyətin əsas özəyi kimi xalqı yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada ailə hər şeyi əvəz edir və onu qurmaq üçün sevgi, bir az da ciddilik kifayətdir.

İnsanlar niyə yalan danışırlar?

22 Fevral 2018 14:24

Dahilərdən biri deyib ki, (Fransua Laroşfuko) yalançı başqalarını aldatdığını zənn edər, əslində isə özünü aldadır. Elə isə təəccüblüdür, insanlar niyə yalan danışır? Onları yalan danışmağa nə vadar edir? Bəzən görürsən ki, heç bir səbəb olmadan insan yalan danışır.

Kredit amnistiyası elan oluna bilərmi?

22 Fevral 2018 14:20

Uzun müddətdir ki, Azərbaycanda problemli kredit məsələsi gündəmi zəbt etməkdədir. Qeyri-rəsmi hesablamalara görə, ölkədə hər 4 nəfərdən birinin banka kredit borcu var. Banka borcu olanlar sırasında aza qala hər təbəqənin nümayəndəsi mövcuddur. Hazırda məhkəmə çəkişmələrində ən cox işlər banklarla bağlıdır. Dövlət başçısının təşəbbüsü ilə “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsinin hazırlanması problemli kreditlərlə bağlı amnistiya təklifi gündəmə gətirib. Sənəddə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tam məbləğdə silinməsi öz əksini tapıb.

Türkiyə XİN-dən Afrinlə bağlı: Terrorçu qüvvələrin toplaşmasına icazə verməyəcəyik

22 Fevral 2018 14:17

Türkiyə Afrin bölgəsində hər hansı terrorçu qüvvələrin, eləcə də Suriya “xalq qüvvələrinin” toplaşmasına icazə verməyəcək. Məlumata görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir qeyd edib ki, ötən gün özünü “Suriya xalq qüvvələri” adlandıran qruplaşma Afrinə daxil olmağa çalışıb. Türkiyə Silahlı Qüvvələri onlara ciddi müqavimət göstərib. M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır.

Okeanda zəlzələ

22 Fevral 2018 14:13

Sakit okeanda, Kuril adaları sahillərində Rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar yerin 456 kilometr dərinliyində qeydə alınıb.Zəlzələ ilə əlaqədar sunami təhlükəsinin elan olunması barədə hələ məlumat verilməyib.

Sumqayıtda nə qədər erməni yaşayıb?

22 Fevral 2018 14:10

"Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli "Krunk” və "Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar."

Artur Rasi-zadə: "Ermənistan qeyri-konstruktiv və perspektivsiz siyasət aparır"

22 Fevral 2018 14:03

Azərbaycanın Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xocalı soyqırımını törədənlər niyə cəzasız qalıblar?

22 Fevral 2018 14:01

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi iş aparılır. Etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət kampaniyası” bu gün də davam etdirilir və uğurlu nəticələr əldə edilib. Məhz görülən işlərin nəricəsidir ki, bu gün Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır.

Sumqayıtda Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

22 Fevral 2018 14:00

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində Sumqayıt şəhər Mərkəzi Kitabxananın incəsənət şöbəsinin birgə layihəsi ilə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.