Türkiyəyə qarşı Suriyada qurulan məkrli oyun
Suriyada vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Türkiyənin Afrində terrora qarşı apardığı əməliyyatı Əsəd hakimiyyətinə ünvanlanmış hərəkət kimi Suriya liderinə təlqin edə bilən beynəlxalq güclər artıq öz istəklərinə nail olmaq ərəfəsindədirlər. Belə ki, Suriyada Dəməşqlə Ankara baş-başa gəlmək astanasındadır. Bəs görəsən bu proseslər sonucu necə olacaq?
22 Fevral 2018 14:27 DünyaSuriyada vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Türkiyənin Afrində terrora qarşı apardığı əməliyyatı Əsəd hakimiyyətinə ünvanlanmış hərəkət kimi Suriya liderinə təlqin edə bilən beynəlxalq güclər artıq öz istəklərinə nail olmaq ərəfəsindədirlər. Belə ki, Suriyada Dəməşqlə Ankara baş-başa gəlmək astanasındadır. Bəs görəsən bu proseslər sonucu necə olacaq? Müstəqil ekspert, "Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyir ki, "Zeytun budağı" əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi və hər keçən gün məhv edilmiş terrorçuların sayının artdığı bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar beynəlxalq media vasitəsi ilə ortaya atıldı. Onun sözlərinə görə, Əsəd rejiminə bağlı rəsmi qüvvələrin Afrinə daxil olacağı və bununla bağlı YPG/PYD terror qruplaşmaları ilə razılıq əldə edilməsi ilə bağlı xəbərlər bir sıra aparıcı media qurumlarının baş xəbərinə çevrildi: "Hətta Reuters belə ictimaiyyətə sızdırılan bu xəbəri, sanki Suriyada yeni bir dönəmin başlanacağının anonsu kimi təqdim etdi. Əslində baş verənlər sadəcə olaraq mövcud reallıqları qəbul etməkdə çətinlik çəkən və baş verənlərin fonunda özünə uyğun gedişlər etməyə çalışan rejimin daha artıq dərəcədə mövcudluğunu təsdiq etmək cəhdləri kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu cəhdlərə təşviq edən amillər isə, elə onu dəstəkləyən və münaqişə başlanandan indiyədək öz maraqları naminə Suriyadakı münaqişənin daha da alovlanması və qanlı olmasına, torpaqlarının isə faktiki olaraq parçalanmasına rəvac verən İran və Rusiyadır. Yəni, əgər Əsəd bu qərarı tək qəbul etmir və edirsə burada mütləq Tehran və Moskva amilləri var. O zaman ortaya belə bir sual çıxır: Əsəd rejimi Afrini hədəf götürməklə faktiki olaraq Ankaranı qarşısına alaraq riskə getmirmi? Təbii ki, Suriyanin Afrinə daxil olmasının reallaşması, bölgədə bütün mövcud dəngələri alt-üst edə biləcək miqyasda bir gediş kimi dəyərlənirilə bilər. Və heç şübhəsiz ki, Suriyadakı hazırki mövcud reallıqları, heç də Əsəd və ya ona müttəfiq olan Rusiya və İranın maraqlarına zidd bir ortam kimi də qiymətləndirmək olmaz. Yəni, hazırda Suriyada olan qüvvələr balansı, ümumiyyətlə mövcud şərait Əsədə və müttəfiqlərinə əlverişli şəraitdir. Elə isə, Afrinə daxil olarsa bu vəziyyətin dəyişəcəyini heç şübhəsiz ki, anlayan Əsəd-Tehran-Moskva üçbucağının buna gedəcəyi nə dərəcədə realdır?". Vüqar Zifəroğlu bildirib ki,hazırki şərtər daxilində istər İran, istərsə də Rusiyanın Türkiyə ilə münasibətlərinə xələl gətirəcək addımlar atacağı sual doğurur: "Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Əsədin qəbul etdiyi istənilən qərarın arxasında həm də İran və Rusiya amilinin dayandığı bütün dünyaya məlum həqiqətdir və istənilən bu kimi radikal qərarın qəbul ediləcəyi təqdirdə nəMoskva, nə də Tehran bunun əksini Ankaraya inandıra bilməz. Türkiyə son illərin xarici siyasəti ilə sadəlövh olmadığını bölgədə ortaya qoymağa müvəffəq olmuş ən ciddi oyunçudur. Digər tərəfdən, belə bir addımın atılması heç şübhəsiz ki, xarici təzyiqlərin təsiri ilə formalaşmiş və hələ də kövrək olan Ankara-Tehran-Moskva birliyini dağidacaq. Sırf xarici təsirlər altında formalaşmiş bu ittifaq ilk növbədə Qərbə qarşı bölgədə bir dayanışma idi və onun Afrində sarsılması, həm də Suriya və İraqda yeni mərhələnin başlanğıcı olacaq. Digər tərəfdən isə, ittifaqın sarsılması, Türkiyəni öz yanına çəkmək üçün faktiki olaraq çoxsaylı cəhdlər edən, son proseslərləbölgədə mövqeləri kifayət qədər sarsılmış Birləşmiş Ştatlar üçün göydəndüşmə bir fürsət olar. Bu zaman ortaya yeni sual cixir. Tehran və Moskva rəsmi Suriyanı Afrinə doğru itələməklə nə dərəcədəədə etdikləri nailiyyətləri - ilk növbədə isə Əsəd rejiminin hakimiyyətdə daha da möhkəmlənməsini və Ankaranın müttəfiq olaraq onlarla bir yerdə olmasını təmin edə biləcəklər? Unutmayaq ki, Əsədə qarşı ən kəskin mövqeyi hər zaman məhz Türkiyə sərgiləməkdə idi. Hətta əvvəlki təhlillərimizdə də qeyd etdiyimiz kimi, Ankara Suriyadakı qarşıdurmaların və terror təşkilatlarını fəaliyyətlərinin kökündə başlıca problem olaraq məhz Əsədi və onun rejimini görməkdə idi. Qərb başlıca hədəf olaraq İŞİD-i göstərdiyi zaman belə, Ankara bununla razılaşmayaraq, "xəstəliyin kökü Əsəddir, İŞİD isə simptomdur" məşhur bəyənatını vermişdi. Və indi dəyişən dəngələr fonunda Ankaranın Əsədə münasibətinin bir qədər yumuşaldığı halda, bu münasibətiyenidən kəskinləşdirmək, nə dərəcədə Tehranın, Moskvanın, elə Əsədin özünün maraqlarına cavab verir? Şbhəsiz ki, cavab vermir". Və nəhayət, son sual. Əsədin Kürd terror təşkilatları ilə razılaşması realdırmı?. Ekspert hesab edir ki, son iki gündə yayılan xəbərlər biri-birini təkzib etməkdədir. Əsəd kürd qruplaşmaları ilə əməkdşlığa getməklə, özünü Ankaranın hədəfinə çevirməyəcək: "Separatçı qruplaşmaların Əsədlə razılaşması yalnız o halda ola bilər ki, YPG/PYD qüvvələri tamamən həmin nöqtələrdən çıxır və Afrini tamamən Əsədə tərk edirlər. Terror qruplaşmaları isə bunu istəmir. Daha doğrusu, onların arxasında duran ABŞ heç bir zaman buna razılıq verməz. Amerika, onsuz da mövqeləri kifayət qədər güclənmiş İranın, Suriydakı bütün ərazilərdə, hakim olmasını qəbul etmək niyyətində deyil. Baxmayaraq ki, amerikalılar, türklərin də geclənməkdə olan mövqelərini həzm edə bilmirlər. Bu gün Afrində baş verənlər, heç şübhəsiz ki, Suriyanın gələcək şəklinin formalaşmasında önəmli əhəmiyyətə malik hadisələrdir. Əgər bu gün İranın və Əsədin birbaşa dəstəklədiyi şiə "Haşdi-Şaabi" qruplaşması və ya son yayılan xəbərlərdən də bilindiyi kimi, "Hizbulaha" bağlı dəstələrin Afrin istiqamətində müəyyən aktivliyi müşahidə edilirsə və ya Moskva qeyri-rəsmi şəkildə separatçı kürd qruplaşmaları ilə Əsəd arasında danışıqların aparılmasına cəhdlər edirlərsə, bu həm də o deməkdir ki, pusquda duran və müttəfiq kimi görünən "dostlar" da dişlərini qıcıyaraq gözlərini ora zilləməkdədirlər. Və bu gün bölgədə marağı, baş verən proseslərdə istər dolayı, istərsə də birbaşa iştirakı olan irili-xırdalı bütün qüvvələri birləşdirən ən vacib məqam məhz Türklərin bu bölgədə yenidən möhkəmlənmələrini istəməmələridir. Osmanlının süqutu ilə Yaxın Şərqdən sıxışdırılaraq çıxardılan Türkiyə, Cümhuriyyətin quruluşunun 100 illiyi ərəfəsində qurulan çirkli oyunlara rəğmən, bütün dünyanın gözləri qarşısında yenidən bölgəyə qayıdır. Və Türkiyə bu oyunda təkdir. Zatən Türkün nə zaman özündən başqa dostu oldu ki?".
Süleyman