Kredit amnistiyası elan oluna bilərmi?

Uzun müddətdir ki, Azərbaycanda problemli kredit məsələsi gündəmi zəbt etməkdədir. Qeyri-rəsmi hesablamalara görə, ölkədə hər 4 nəfərdən birinin banka kredit borcu var. Banka borcu olanlar sırasında aza qala hər təbəqənin nümayəndəsi mövcuddur. Hazırda məhkəmə çəkişmələrində ən cox işlər banklarla bağlıdır. Dövlət başçısının təşəbbüsü ilə “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsinin hazırlanması problemli kreditlərlə bağlı amnistiya təklifi gündəmə gətirib. Sənəddə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tam məbləğdə silinməsi öz əksini tapıb.

Vüqar Bayramov: "Məqbul hesab edilə biləcək yol güzəşt mexanizminin tətbiq edilməsidir"

Uzun müddətdir ki, Azərbaycanda problemli kredit məsələsi gündəmi zəbt etməkdədir. Qeyri-rəsmi hesablamalara görə, ölkədə hər 4 nəfərdən birinin banka kredit borcu var. Banka borcu olanlar sırasında aza qala hər təbəqənin nümayəndəsi mövcuddur. Hazırda məhkəmə çəkişmələrində ən cox işlər banklarla bağlıdır. Dövlət başçısının təşəbbüsü ilə "Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında" qanun layihəsinin hazırlanması problemli kreditlərlə bağlı amnistiya təklifi gündəmə gətirib. Sənəddə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tam məbləğdə silinməsi öz əksini tapıb. Millət vəkili Tahir Kərimli deyib ki, problemli kreditlərlə bağlı amnistiyanın olması yaxşı olardı: "Milli Məclisin iclasında dəfələrlə bu məsələni qaldırıb hökumətə də, baş nazirə də müraciət etmişəm. Hesab edirəm ki, bunu 3 yerə bölməklə həll edə bilərik. Vətəndaşların devalvasiyanın olmasında heç bir təqsiri yoxdur. Ona görə də bu kreditlərin bir hissəsini dövlət, kredit verən banklar və vətəndaş ödəməlidir. Əgər mümkün olarsa, bu istiqamətdə Qazaxıstan və Ukrayna təcrübəsindən də faydalanmaq olar. Amma ən yaxşı variant 5 və ya 10 min dollar qədər kredit borclarının bağışlanmasıdır". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, məcburi dövlət sosial sığorta amnistiyasının əhalinin kredit borclarına da şamil olunsa, yaxşı olardı: "Onsuz da bu, gec-tez olmalıdır. Çünki Azərbaycanda maliyyə bazarında sabitliyi artırmaq üçün, yəni ödənilməyən kreditlərin həcmi çox olduğundan belə bir amnistiyaya ehtiyac var. Problemli kreditlərlə bağlı mənim və həmkarım Əli Məsimlinin təklifləri olub. Bu sahədə qanun layihəsi hazırlanarsa, cənab prezident kredit borclarının silinməsi ilə bağlı qərar qəbul edərsə, bu problemi də həll etmək mümkündür".
 

***

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi imkanları yenə də müzakirə olunan məsələlərdəndir. Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi toksit aktivləri və eləcə də problemli kreditləri səhmləşdirib qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir. Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir: "Qeyd edim ki, İqtisadi və Sosal İnkişaf Mərkəzi (CESD) olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu "üç tərəfli güzəşt" mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Bu mexanizmin özəlliyi ondan ibarətdi ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur. Problemli kredit probleminin həlli üçün düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədə uyğun olardı. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda "üçtərəfli güzəşt mexanizmi"nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31