Səudiyyə Ərəbistanı Yəməndə husilərin raketlərini vurdu

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin Xodeyda vilayətində İran yönlü husilərin atışa hazırladıqları SKAD raketlərinin mövqelərini bombalayıblar. Əldə olunan məlumata görə, Səudiyyəli hərbiçilərə Qərb ölkələrinin verdiyi hava və kosmik kəşfiyyat materialları köməklik edib. Hava hücumu zamanı İran vətəndaşları daxil olmaqla 8 nəfər həlak olub. Qeyd edək ki, son zamanlar İran yönlü yəmənli husilər mütəmadi olaraq Səudiyyə Ərəbistanının ərazisini raket atəşinə tutmaqdadılar. Husilərin Bab əl Məndəb yaxınlığındakı Muha rayonunu raket atəşinə tutmağa hazırlaşdıqları bildirilir.

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin Xodeyda vilayətində İran yönlü husilərin atışa hazırladıqları SKAD raketlərinin mövqelərini bombalayıblar. Əldə olunan məlumata görə, Səudiyyəli hərbiçilərə Qərb ölkələrinin verdiyi hava və kosmik
kəşfiyyat materialları köməklik edib. Hava hücumu zamanı İran vətəndaşları daxil olmaqla 8 nəfər həlak olub. Qeyd edək ki, son zamanlar İran yönlü yəmənli husilər mütəmadi olaraq Səudiyyə Ərəbistanının ərazisini raket atəşinə tutmaqdadılar. Husilərin Bab əl Məndəb yaxınlığındakı Muha rayonunu raket atəşinə tutmağa hazırlaşdıqları bildirilir.
Qeyd edək ki, bu Səudiyyə Ərəbistanına aid olan qırıcıların havadan
vurduqları ilk start meydançalarıdır.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31