Gündəm

Komitə sədri Füzuli rayonunda qəbul keçirəcək

22 Fevral 2018 15:31

27 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Füzuli rayonunda saat 10:15-də Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Azərbaycan-Avstriya əlaqələri inkişaf edir

22 Fevral 2018 15:28

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını deyib. Təmsil etdiyi nazirliyin ölkə üzrə bütün infrastruktur məsələlərində səlahiyyətli olduğunu bildirib. İkitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Nazir vətəndaşlarla görüşdü

22 Fevral 2018 15:27

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşüb.

Sameh Şükri: “Misir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasını istəyir”

22 Fevral 2018 15:25

Misirə səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub.

Vergilər naziri Efiopiya səfiri ilə görüşüb

22 Fevral 2018 15:23

Vergilər naziri Mikayıl Cabbarov Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.

Azərbaycan Qlobal Sağlıq Turizmi Forumunda

22 Fevral 2018 15:22

Birləşmiş Ərəb Əmirliklərinin Dubai şəhərində Dubai Əmirliyinin himayəsi ilə "Global Healthcare Travel Forum"-un (Qlobal Sağlıq Turizmi Forumu)növbəti zirvəsi keçirilib. “OLAYLAR” xəbər verir ki, forumda 50-dın artıq ölkədən 1000-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib. Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur.

Erməni saxtakarlığının ifşasına dair yeni kitabı işıq üzü görüb

22 Fevral 2018 15:21

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin müəllifləri olduqları «Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix» kitabı çapdan çıxıb.

Gənclər ADA Universitetində olub

22 Fevral 2018 15:20

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu ADA Universitetində keçirilib.  “OLAYLAR”-a daxil olan xəbərə görə, məlumat turunda Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Putin məni qovdurdu, indi də istəyir ki... - Saakaşvili

22 Fevral 2018 15:09

Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Giorqadze məni öldürməklə hədələyir. Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Saakaşvili həmçinin Giorqadzeninin rusiyalı jurnalist Leonid Yakuboviçə verdiyi müsahibənin görüntülərini də yayımlayıb: “Federal Təhlükəsizlik Xidmətinin polkovniki İqor Giorqadze 90-cı illərdə Eduard Şevardnadzeyə qarşı Moskvanın tapşırığı ilə terakt həyata keçirib.

Ərdoğan Əsədlə görüşməsə… - Duqin açıqladı

22 Fevral 2018 15:07

Suriya ordusunun Afrinə girməsinin hansı nəticələr verəcəyi Türkiyədən asılıdır.Bunu “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin söyləyib.“Bu məsələni diqqətli şəkildə dəyərləndirməliyik. Bununla bağlı yaxın zamanlarda Putinlə Ərdoğan müzakirə aparmalıdır. Fikrimcə, Putin Əsədlə əlaqələrin qurulması istiqamətindəki təkilifini yeniləyəcək. Kürdlər bu məsələdə daha ağıllı davranırlar. Ona görə ki, Türkiyənin qarşısında dayana bilməyəcəklərini anlayırlar. Bunun üçün də Əsədin yanına keçirlər. Amerikalılardan başqa hər kəsin bu tərəfdə olması gərəkdiyini düşünürəm. Eyni tərəfdə olsaq, bu məsələni həll edə bilərik. Əgər bunu etməsək, ABŞ imperializminin silahına çevriləcəyik.

Türkiyə NATO üçün nəyə görə önəmlidir? – Baş katib

22 Fevral 2018 15:06

Türkiyə NATO-nun çox dəyərli bir müttəfiqidir. Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Türkiyə NATO-ya bir çox fərqli yollarla fayda verir.

İlkin Həsəni “Bir xalanın SİRRİ”Nİ AÇDI: “Evlənənə kimi biz də...”

22 Fevral 2018 15:02

Bir neçə gündən sonra tamaşaçılarını “Bir xalanın sirri” adlı komediya filmi ilə sevindirməyə hazırlaşan aparıcı və aktyor İlkin Həsəni ekran işi haqqında fikirlərini bizimlə bölüşüb.

Türkiyədə tank əleyhinə sistem hazırlanıb

22 Fevral 2018 14:53

Türkiyədə tank əleyhinə sistem (UKTK) hazırlanıb. Məlumata görə, yerli mütəxəssislər tərəfindən hazırlanan UKTK sistemi istənilən növ zirehli texnika və hərbi avtomobillərə inteqrasiya oluna bilər. Bildirilir ki, UKTK-nın məsafədən idarəetmə imkanına da malikdir.

Təhsil Nazirliyi tələbə köçürülməsinin nəticələrini açıqlayıb

22 Fevral 2018 14:47

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, bu il bakalavr üzrə 1067, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə isə 186 nəfərin sorğusu təsdiq edilib.

XİN Nalbandyana cavab verib

22 Fevral 2018 14:45

"Ermənistan xarici işlər işlərAvropa Parlamentində çıxış edərək Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barəsində maarifləndirmək məcburiyyətindəyik".