Gənclər ADA Universitetində olub

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu ADA Universitetində keçirilib.  “OLAYLAR”-a daxil olan xəbərə görə, məlumat turunda Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu ADA Universitetində keçirilib.  "OLAYLAR"-a daxil olan xəbərə görə, məlumat turunda Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Məlumat turunda ADA Universitetinin strukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq baş tutub, daha sonra universitet daxilində mövcud proqramlar haqqında ətraflı məlumat verilib. Məlumat turu çərçivəsində iştirakçılar üçün xüsusi olaraq ADA Universitetinin professoru tərəfindən "QHT işinin təşkili, aparılması və inkişafı" mövzusunda seminar keçirilib. Seminar zamanı iştirakçılar QHT sahəsində işlə bağlı beynəlxalq təcrübə ilə tanış olub və bunun nəzəri mexanizmləri haqqında geniş biliklər əldə ediblər. Seminarda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31