Bakıda körpünün məhəccərləri relslərin üzərinə düşdü - Qatarlar gecikdi
10:14 HadisəBakıda güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərləri qoparaq dəmir yolu relslərinin üzərinə düşüb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Trend-ə verilən məlumata görə, hadisə Zabrat-2 stansiyası sahəsində qeydə alınıb.
Hadisə nəticəsində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə yaranıb.
ADY əməkdaşları tərəfindən relslərin üzərinə düşən maneələr aradan qaldırılıb və qatarların hərəkəti təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31