Gündəm
İranla hərbi əməkdaşlığın mümkün perspektivləri
Bu günlərdə cənub qonşumuz İran İslam Respublikası müxtəlif istiqamətli manevrlər etməkdədir. Bir tərəfdən Suriyada Türkiyənin və Qərbin artan gücündən ehtiyatlanan Tehran, digər tərəfdən Cənubi Qafqazda NATO və Qərbin möhkəmlənməsindən əndişə keçirir. Hər iki narahatçılıq və əndişə isə Tehranı yaxın qonşuları ilə münasibətlərə yenidən nəzər yetirmək məcburiyyətində qoyur.
Vətəndaşlar niyə polislə əməkdaşlıqdan çəkinirlər?
Ölkədə təhlükəsiziliyin, ictimai asayişin təmin olunması, cinayətkarlığın qarşısının alınması məsələsində polislə vətəndaşın əməkaşlığı mühüm rol oynayır. Bu işdə polisin və vətəndaşın qanunla müəyyən olunmuş hüquq və vəzifələri mövcuddur. Maraqlıdır, polis və vətəndaş üzərlərinə düşən vəzifələrin israsında nə dərəcədə fəallıq nümayiş etdirilər? Qanunvericiliyə görə, baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilməsi, təxirəsalınmadan istintaq hərəkətlərinin aparılması, cinayətlərin “isti izlər”lə açılması, cinayəti törədənlərin tutulması, habelə əməliyyat-axtarış və digər tədbirlərin vaxtında həyata keçirilməsi polisin əsas vəzifələrindən hesab olunur.
"Xocalı şahidləri danışır" kitabının təqdimat mərasimi keçirilib
Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan" qəzetinin nəşr etdiyi "Xocalı şahidləri danışır" kitabının təqdimat mərasimi keçirilib. Məlumat üçün qeyd edək ki, ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevdir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur.
“Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği sahəsində aparılan işlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil olunub
AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sərgi təşkil olunub.
Aydın Əliyev 4 rayonun sakinlərini qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev fevralın 27-də saat 11:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (N. Nərimanov küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
8 Mart günü teatrda “Açıq qapı”
Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə saat 19:00-da “Açıq qapı” günü keçirəcək və tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək. Olaylar.az bildirir ki, tamaşada baş rolda milyonların sevimli gülüş ustası, xalq artisti, “Şöhrət ordenli” Afaq Bəşirqızının iştirakı tamaşaya gələnlərə ikiqat bayram hədiyyəsi olacaq.
Avtomobil su kanalına aşıb
Ucar rayonunda baş verən avtomobil qəzası ölümə səbb olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 22-də saat 2 radələrində Ucar rayonunun Qarabörk kəndində Qaradağlı kənd sakini Vüsal Həşimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolayırıcısına dəyərək kanala aşmış və sürücü hadisə yerində ölmüşdür.
“Nissan” vuran piyada xəstəxanada ölüb
Sabunçu rayonunun Nardaran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırmar aparılır.
Oğrular saxlanılaraq istintaqa təhvil verilib
Bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Avtomobil qaçıranlar ələ keçiblər
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 20-də Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar.
Neftçala sakini silahı polisə könüllü təhvil verib
Neftçala sakininin odlu silah saxladığı müəyyən olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Qırmızıkənd kənd sakini Adil Cavadov müvafiq sənədləri olmayan “TOZ-8” markalı ov tüfəngini könüllü olaraq Neftçala RPŞ-yə təhvil verib. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Türkiyəli müğənni Bakıda yaşayacaq
Türkiyəli müğənni Petek Dinçöz bir müddətlik Bakıya köçəcək. Sənətçi bunun üçün paytaxtımızda kirayə ev axtarır. Dinçözün səfərinin məqsədi burada biznes qurmaqdır. O, Bakıda şirkət açmağı planlaşdırır.
Gədəbəydə 6 otaqlı ev yanıb
Gədəbəy rayonu, Plankənd kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 6 otaqlı evin çardağı 140 m2 sahədə və 2 otağının yanar konstruksiyaları 80 m2 sahədə yanıb.
Hamamda qalan şəxs xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər hamam otağının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.













