Vətəndaşlar niyə polislə əməkdaşlıqdan çəkinirlər?
Ölkədə təhlükəsiziliyin, ictimai asayişin təmin olunması, cinayətkarlığın qarşısının alınması məsələsində polislə vətəndaşın əməkaşlığı mühüm rol oynayır. Bu işdə polisin və vətəndaşın qanunla müəyyən olunmuş hüquq və vəzifələri mövcuddur. Maraqlıdır, polis və vətəndaş üzərlərinə düşən vəzifələrin israsında nə dərəcədə fəallıq nümayiş etdirilər? Qanunvericiliyə görə, baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilməsi, təxirəsalınmadan istintaq hərəkətlərinin aparılması, cinayətlərin “isti izlər”lə açılması, cinayəti törədənlərin tutulması, habelə əməliyyat-axtarış və digər tədbirlərin vaxtında həyata keçirilməsi polisin əsas vəzifələrindən hesab olunur.
22 Fevral 2018 15:54 Sosialİnsanlar cinayətkarlığa qarşı mübarizədə vəzifələrini icra etmirlər
Ölkədə təhlükəsiziliyin, ictimai asayişin təmin olunması, cinayətkarlığın qarşısının alınması məsələsində polislə vətəndaşın əməkaşlığı mühüm rol oynayır. Bu işdə polisin və vətəndaşın qanunla müəyyən olunmuş hüquq və vəzifələri mövcuddur. Maraqlıdır, polis və vətəndaş üzərlərinə düşən vəzifələrin israsında nə dərəcədə fəallıq nümayiş etdirilər? Qanunvericiliyə görə, baş vermiş cinayət və hadisələr barədə ərizə və məlumatlara operativ reaksiya verilməsi, təxirəsalınmadan istintaq hərəkətlərinin aparılması, cinayətlərin "isti izlər"lə açılması, cinayəti törədənlərin tutulması, habelə əməliyyat-axtarış və digər tədbirlərin vaxtında həyata keçirilməsi polisin əsas vəzifələrindən hesab olunur. Bu məqsədilə daxili işlər orqanlarının növbətçi hissələrində gündəlik olaraq əməliyyat-istintaq qrupları yaradılır. DİN Növbətçi Hissələri İdarəetmə Xilmətinin və daxili işlər orqanları növbətçi hissələrinin məsul növbətçiləri törədildiyi yerdən və nəticələrindən asılı olmayaraq, hadisələr və hüquqpozmalar haqqında vətəndaşlardan, müəssisə, idarə və təşkilatların vəzifəli şəxslərindən, ictimai təşkilatların nümayəndələrindən yazılı və şifahi formada ərizə və məlumatların qəbulunu təmin edirlər. Məsul növbətçi - cinayətlər, hadisələr haqqında məlumat aldıqdan dərhal sonra cinayətin açılması, zərərçəkənlərə köməklik göstərilməsi, hüquq pozuntusunun qarşısının alınması, qiymətli əşyaların saxlanılmasının təmin edilməsi üçün hadisə yerinə təcili əməliyyat-istintaq qrupunu göndərməlidir. Vətəndaş ərizə ilə müraciət edərkən məsul növbətçi onu diqqətlə dinləməli, cinayətlər, hadisələr və digər hüquqpozmaların baş vermə vaxtını, yerini, üsulunu və digər hallarını aydınlaşdırmalı, ərizəni qəbul etməli və ərizəçiyə qəbz verməlidir. Ərizə hüquqpozma ilə bağlı, yaxud daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadıqda məsul növbətçi bu barədə hara müraciət etməli olduğunu ərizəçiyə izah edir.Cinayət və hadisələr barədə məlumatlar onların baş vermə yerindən və vaxtından, habelə məlumatların dolğunluğundan asılı olmayaraq daxili işlər orqanlarının növbətçiləri, onların köməkçiləri tərəfindən bütün gün ərzində qəbul olunur.
Polisin vəzifələri
İnzibati xəta törətdiklərinə görə tutulmuş şəxslər polisdə üç saatdan çox, barəsində inzibati həbs tənbeh növünün tətbiqi nəzərdə tutulan inzibati xəta törətmiş şəxsin tutlması 24 saatdan çox, cinayət işi və ya araşdırma ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş şəxs 48 saatdan çox saxlanıla bilməz. Daxili işlər orqanlarının növbətçi hissələrinə tutulmuş şəxslər gətirilərkən məsul növbətçilər aşağıdakıları təmin etməlidir: tutulmanın səbəb və əsaslarının və bundan irəli gələn məsuliyyət tədbirinin ona bildirilməsi; şəxsin hüquqlarının (o cümlədən tutulmasından şikayət vermə hüququnun) ona elan və izah edilməsi, bu hüquqların həyata keçirilməsinin təşkili; şəxsin tələbi ilə (həddi-buluğa çatmayanlar və anlaqsız vəziyyətdə olanlar haqqında isə mütləq qaydada) tutulması və saxlanıdığı yer barədə yaxınlarına məlumat verilməsi; şəxsin tələbi ilə vəkilin dəvət olunması, onların maneəsiz görüşmələri və konfidensial şəraitdə məsləhətləşmələri üçün şəraitin yaradılması; şəxsin tutulması üçün əsas olmuş vəziyyətin təxirəsalınmadan araşdırılması və müvafiq qərarın qəbul edilməsi; şəxs polis orqanlarında işlədilən dili bilmədiyi, yaxud zəif bildiyi təqdirdə tərcüməçinin iştirakının təmin edilməsi; şəxs əcnəbi olduqda onun vətəndaşı olduğu dövlətin konsulluğu yaxud diplomatik nümayəndəliyi ilə əlaqə yaratmaq hüququnun ona izah edilməsi və bu hüququn həyata keçirilməsi üçün şəraitin yaradılması; zəruri hallarda təcili tibbi yardımın göstərilməsinin təmin edilməsi; tutulmuş şəxslərin həbs və məhkum olunmuşlardan, qadınların isə kişilərdən ayrı saxlanılması; şəxsə hər hansı bir formada təzyiq göstərilməsinin, onunla kobud və ləyaqəti alçaldan tərzdə rəftar edilməsinin qarşısının alınması. Xatırladaq ki, hər bir vətəndaş sutkanın istənilən vaxtında hüquqlarının pozulması və digər məsələlərlə əlaqədar "102" xidmətinə və aidiyyəti polis orqanının növbətçi hissəsinə müraciət edə bilər.
Vətəndaşın vəzifələri
Nəzərə almaq lazımdır ki, törədilən cinayətlərə və cinayətkarlara qarşı mübarizə yalnız polisin deyil, bütün cəmiyyətin borcudur. Təəssüflər olsun ki, cəmiyyətimizdə ümumdavranış qaydalarına riayət etməyən, qeyri-sağlam həyat tərzi sürən, qanunu pozmağa meyilli və cinayəti özünə peşə edən şəxslər vardır. Cəmiyyətimizin bu şəxslərdən azad olunmasında, islah olunaraq normal həyat tərzinə qayıtmasında hamımızın üzərinə vəzifələr düşür. Hər bir vətəndaş cinayətlərə qarşı barışmaz mövqedə durarsa, öz həyatına təhlükə yaratmadan cinayətin qarşısının alınmasında, cinayətin nəticələrinin aradan qaldırılmasında və cinayəti törətmiş şəxsin müəyyən olunub tutulmasında hüquq-mühafizə orqanlarına dəstək olarsa, bu zaman cinayətlərin də sayı azalar və insanlar daha təhlükəsiz cəmiyyətdə yaşayır. Məhz bu səbədən hər bir vətəndaş cinayətkarlığa qarşı mübarizədə polisə dəstək olmağa borcludur. Çünki, laqeyd qaldığımız hər bir cinayət hadisəsi gələcəkdə bizə və yaxınlarınıza qarşı da törədilə bilər. Məhz bu səbədən vətəndaşların bir sıra davranış qaydalarına riayət etmək zərurəti yaranır. Bəs, cinayətkarlığa qarşı mübarizədə vətəndaşların üzərinə hansı vəzifələr düşür? Məlumat üçün qeyd edək ki, hər bir vətəndaş cinayətin şahidi olduğunuz zaman aşağıdakı davranış qaydalarına riayət etməlidir: Hazırlanan və ya törədilmiş cinayət hadisəsi barədə DİN-in 102 xidmətinə məlumat verməli, öz təhlükəsizliyinə xələl gəlmədən cinayət hadisəsi zamanı zərərçəkmiş şəxsə yardım etməlidir. Hadisə yerinə digər şəxslərin yaxınlaşmasının qarşısını almağa çalışmalı və onları hadisə yerinə yaxınlaşdıqları zaman zərər ala biləcəkləri barədə xəbərdar etməlidir. Vətəndaş hadisə yerinə təcilli tibbi və digər yardım çağırmalı, cinayəti törətmiş şəxsin zahiri əlamətlərini, hərəkət etdiyi nəqliyyat vasitəsinin nömrəsini, hərəkət istiqamətini yadda saxlamaqla, onun müəyyən olunması üçün polisə kömək etməlidir. Şərait olduqda cinayət hadisəsini foto və ya videolentə almaqla cinayət hadisəsinin şahidlərini müəyyən etməkdə polisə kömək etməlidir. Çox təəssüf ki, cinayətkarlığa qarşı mübarizədə vətəndaşlar üzərlərinə düşən bu vəzifələrin icrasından yayınır, baş verən hadisələrə qarşı seyrçi mövqe tuturlar.
Alim