Aydın Əliyev 4 rayonun sakinlərini qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev fevralın 27-də saat 11:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (N. Nərimanov küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
22 Fevral 2018 15:45 SosialDövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev fevralın 27-də saat 11:00-da Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (N. Nərimanov küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Xaçmaz, Quba, Qusar, Şabran rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 26-si saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Xaçmaz Gömrük İdarəsi (əlaqə telefonu: (023) 325-34-40) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.