Türkiyəli müğənni Bakıda yaşayacaq

Türkiyəli müğənni Petek Dinçöz bir müddətlik Bakıya köçəcək. Sənətçi bunun üçün paytaxtımızda kirayə ev axtarır. Dinçözün səfərinin məqsədi burada biznes qurmaqdır. O, Bakıda şirkət açmağı planlaşdırır.

Petek eyni zamanda azərbaycanlı bəstəkar Kəmalə Qasımova ilə çalışır. Müğənni bəstəkarın "Kabusun olurum" adlı mahnısını oxuyub. 

Qeyd edək ki, oğlu İrfan Aslan dünyaya gəldikdən sonra musiqiyə fasilə verən Dinçöz geri dönüşünü də bu mahnı ilə edəcək. Bəstə martda işıq üzü görəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31