Gündəm

Köçəryan Xankəndinə gəldi, Petrosyan isə imtina etdi

22 Fevral 2018 16:41

Ermənistanın eks-prezidenti Robert Köçəryan Xankəndinə gəlib. Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb. Köçəryanın Qarabağda separatçıların silahlı terrora başladıqları tarixi qeyd etdikləri tədbirə qatıldığı bildirilir. 

Metro maşinistlərinə siqaret qadağası tətbiq edildi

22 Fevral 2018 16:39

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı yeni qəbul edilmiş Azərbaycan Respublikasının qanununun icrası Bakı metropolitenində xüsusi nəzarətə götürülüb və bununla bağlı ciddi tədbirlər görülür. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,  Qanunun icrasına ciddi əməl olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib. Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin sədri müvafiq əmr imzalayıb. 

“İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

22 Fevral 2018 16:37

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Nazirdən çıxartdığı baş həkimin yerinə təyinat

22 Fevral 2018 16:34

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb. O bildirib ki, həmin vəzifəyə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bu ilin dəbi: qrafik manikür - fotolar

22 Fevral 2018 16:30

Nyu-York Moda Həftəsinin əsas diqqətçəkən məqamlarından biri də manikür modelləri olub.

Qarabağda erməni əsgəri məhv edildi

22 Fevral 2018 16:28

Dağlıq Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissələrin birində erməni əsgəri ordumuzun açdığı cavab atəşi nəticəsində öldürülüb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Məlumata görə, öldürülən 1998-ci il təvəllüdlü Qriqor Yeqoyan adlı əsgərdir.

17 yaşlı qızla cinsi əlaqədə oldu: Görüntüləri Facebook-da paylaşdı

22 Fevral 2018 16:26

İzmirin Konak qəsəbəsində yaşayan, lisedə turizm və otelçilik ixtisası üzrə oxuyan qız zorlanıb. Hadisə tələbənin bir oteldə sınaq müddəti zamanı baş verib. Cinayəti törədən C.M. qızın çılpaq fotolarını çəkib.

Kristian Vigenin Minsk qrupu həmsədrlərini tənqid etdi

22 Fevral 2018 16:24

ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib. Bu gün ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.

Cavid Qurbanov Avstriya Parlamentinin üzvü ilə görüşüb

22 Fevral 2018 16:12

Avstriyada səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri Barbara Krenn ilə (Avstriya Xalq Partiyası) görüşüb. “OLAYLAR” xəbər verir ki, Milli Şuraya keçirilmiş son seçkilərdən sonra parlament qrupunun rəhbəri vəzifəsini üzərinə götürdüyünə görə məmnun olduğunu bildirən B. Krenn iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə vermək imkanı əldə etdiyinə görə qürur hissi duyduğunu ifadə edib. Siyasi fəaliyyətindən öncə Avstriyanın turizm bölgələrindən birində mer vəzifəsində çalışdığını qeyd edən B. Krenn bu fəaliyyəti zamanı xarici əlaqələrə xüsusi diqqət yetirdiyini və bu təcrübəsinə əsaslanaraq yeni vəzifəsində də parlamentlərarası əlaqələrə prioritet verəcəyini vurğulayıb.

“İRƏLİ” Xocalı faciəsi ilə bağlı aksiyaya başlayır

22 Fevral 2018 16:12

“İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi Xocalı faciə ilə bağlı aksiyalara start verib. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə, aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya çoxlu sayda gənc qoşulub. Aksiyanın 27 fevral tarixinə kimi davam etməsi nəzərdə tutulur.

Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatının konfransında çıxış edib

22 Fevral 2018 16:13

Fevralın 21-22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib.  “İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması” mövzusunda təşkil edilən Konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik  mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən “İƏT-in Əmək Bazarı Strategiyası” müzakirə olunub. Tədbirdə həmçinin İƏT ölkələri arasında işçi qüvvəsi mübadiləsinə dair ikitərəfli sazişlərin hazırlanmasına, bilik və bacarıqların qarşılıqlı tanınmasına, işçilərin  sağlamlığı ilə bağlı İƏT-in strategiyasına və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Hizbullahı Afrinə Qasım Süleymani göndərib

22 Fevral 2018 16:10

Əsədə bağlı milis güclərinin və İran dəstəkli Hizbullahın Afrinə girmə cəhdinin arxasından İran İnqilab Mühafizəçiləri Korpusunun Yaxın Şərq üzrə komandiri Qasım Süleymanı çıxıb.

“Bordo bereli”dən hücum: Hədəflər darmadağın edildi

22 Fevral 2018 16:04

Türkiyənin xüsusi təyinatlı dəstələri – “Bordo bereli”lər Afrində Cinderes və Racodan çıxan PKK-nın Qəndil qrupunun mövqe tutduğu Meydankiyə gizli əməliyyat təşkil edib.

Bakıda müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı

22 Fevral 2018 15:58

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib. Polis faktla bağlı araşdırmalara başlayıb.