“İRƏLİ” Xocalı faciəsi ilə bağlı aksiyaya başlayır

“İRƏLİ” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi Xocalı faciə ilə bağlı aksiyalara start verib. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə, aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya çoxlu sayda gənc qoşulub. Aksiyanın 27 fevral tarixinə kimi davam etməsi nəzərdə tutulur.

"İRƏLİ" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi Xocalı faciə ilə bağlı aksiyalara start verib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır. Birlikdən verilən məlumata görə, sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya çoxlu sayda gənc qoşulub. Aksiyanın 27 fevral tarixinə kimi davam etməsi nəzərdə tutulur.

Belə ki, aksiyaya qoşulmaq istəyən şəxslər, Twitter sosial şəbəkəsi üzərindən #justiceforKhojaly, #Azerbaijan, #ireli2018 hashtaglarından istifadə edərək müxtəlif növdə olan məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi ötən il də Heydər Əliyev Fondunun Xocalıya Ədalət Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası həyata keçirib. 300-dən artıq gəncin qoşulduğu twitter, facebook, instagram kimi sosial şəbəkələrdə #justiceforkhojaly haştaqı altında paylaşımlar edərək aksiyada yaxından iştirak edib və müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlərlə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31