Məleykə Əsədovanın bu görüntüsü heyrətləndirdi - VİDEO
22 Fevral 2018 16:03 MədəniyyətAzərbaycanlı stilist Anar Ağakişiyev bu dəfə də xalq artisti Məleykə Əsədovanın imicində dəyişiklik edib. Stilist dəyişimin videosunu şəxsi İnstaqram səhifəsində paylaşıb və ürək sözlərini yazıb: "Azərbaycan səhnəsinin bənzərsiz aktrisası, gözəllər gözəli, istedadlı və təkrarolunmaz xalq artistimiz, 29 il fasiləsiz bizi öz möhtəşəm fəaliyyəti ilə sevindirən Məleykə Əsədova üçün mən və gözəl komandam yeni obraz yaratmaq qərarına gəldik".
Qeyd edək ki, Anar Ağakişiyev bir müddət öncə azərbaycanlı məşhurlarla bağlı bu layihəyə başlayıb. Kult.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31