“İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
22 Fevral 2018 16:37 SosialFevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər "İmam Rza" məscidi dini icması tərəfindən "İslam həmrəylik və birliyə çağırış dinidir" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan müsəlman dünyasının bir hissəsidir və müsəlman ölkələrində baş verən neqativ hadisələr ölkəmizi də narahat edir. O vurğulayıb ki, ölkəmizin İslam həmrəyliyinə verdiyi dəyər müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ halların müsəlmanlara xas olmadığını, İslamın həmrəylik, sülhsevərlik, anlaşma, dostluq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduğunu diqqətə çatdırıb.