Nazirdən çıxartdığı baş həkimin yerinə təyinat

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayıb. O bildirib ki, həmin vəzifəyə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Neftçilər Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31